Mayk Taysonun tərk edilmiş malikanəsi - fotolar

4-04-2015, 18:37   

Xarabalığa çevrilmiş mülklərin fotolarını çəkməklə məşhur olan fotoqraf Conni Co bu dəfə əfsanəvi boksçu Mayk Taysonun tərk edilmiş malikanəsini lentə alıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Taysonun 1980-ci illərin sonlarında aldığı bu ev ABŞ-ın Ohayo ştatında yerləşir. Bir hovuzu, aslan qəfəsləri, sauna və hamamı, idman zalı olan mülkü idmançı 300 min dollara satın almışdı.

Lakin bura köçdükdən sonra karyerasında geriləyən Mayk maddi baxımdan da sıxıntılar yaşayıb. Boksçunun bu səbəbdən buranı satdığı ikinci sahibi də bir sıra uğursuzluqlarla qarşılaşıb.

Malikanənin lənətləndiyini söyləyənlər də az deyil. Hazırda həmin mülkün kilsəyə çevriləcəyi deyilir.












Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.