Ukraynada vuruşan 600 “kadırovçu”nun yeri açıqlandı

13-05-2014, 12:18   

Ukrayna güc strukturları və kəşfiyyat qurumları Slvayansk şəhərinə yaxın meşədə məskunlaşan 500-600 çeçen döyüşçüsünün yerini müəyyənləşdirib və hazırda onların hərəkət istiqamətlərini nəzarətdə saxladıqlarını açıqlayıb. “Kadırovçu” təxribatçıların Slavyansk ilə Krasnı Liman arasında olduqları aşkarlanıb. Qeyd olunur ki, təxribatçı çeçenlərə Donbas vilyətində keçirilən referendum günü və prosesin ertəsi günü təxribatlar yaratmaq tapşırığı verilib. Ukraynada yaşayan çeçenlər məsələyə emosional yanaşıblar və “kadırovçular” kimi təqdim edilən bu təxribatçı dəstələri “Putinin itləri” adlandırıblar. Onlar Ukrayna mediasından təxribatçı qrupun edə biləcəyi təxribatları bütövlükdə çeçenlərin ayağına yazmamağı rica ediblər. Xatırladaq ki, Ramzan Kadırov çeçen döyüşçülərinin Ukraynada olduğunu təkzib etmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.