ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev jurnalist Xədicə İsmayıl və hüquq-müdafiəçisi Leyla Yunusun onlardan müsahibə almağa çalışan “ANS” müxbirinin ünvanına səsləndirdiyi ifadələrə münasibət bildirib.
Vitse-prezident “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan həmin videogörüntü ilə bağlı geniş şərhə ehtiyac duymur: “Mən Xədicə İsmayıl adlı jurnalist və Leyla Yunus adlı siyasətçi tanımadığım üçün şərh verməyim də düzgün olmazdı”.
Xatırladaq ki, həmin video-görüntüdə Leyla Yunus istehza ilə “ANS” mikrofonunu göstərərək “mən də elə bildim siz jurnalistsiniz” ifadəsini işlədib, Xədicə İsmayıl isə müxbirə müraciət edərək həmin kanalda işləməyin ayıb oluğunu bildirib.