“Mingəçevirdəki obyektimizi “Azenko” şirkəti qanunsuz olaraq sökür. Hələ ki , məhkəmə gedir. Ümid edirik ki, məhkəmə ədalətli qərar qəbul edəcək. Bizim obyekt qanunsuz olaraq sökülüb”.
Bunu modern.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov bildirib.
Qeyd edək ki, ittifaqın sədri Rüstəm İbrahimbəyovun son siyasi proseslərdə aktiv iştirakı rəhbəri olduğu sənət qurumuna da mənfi təsirini göstərib. Dövlət orqanları tərəfindən hələ də boykot olunduqlarını bildirən katib üstəlik Mingəçevirdə yerləşən və onlara məxsus olan yaradıcılıq evinin “Azenko” şirkəti tərəfindən qanunsuz söküldüyünü də vurğulayıb.