İraq da parçalanır: Kürdüstan yaradılır

19-05-2014, 11:39   

İraqda keçirilən parlament və bələdiyyə seçkilərindən sonra rəsmi Bağdadla Kürd rəhbərliyi arasında yaranan fikir ayrılığı ölkəni parçalanmanın eşiyinə gətirib.

Kürd bölgəsinin rəhbəri Məsud Bərzaninin başçılıq altında bir araya gələn partiya nümayəndələri önəmli qərar alıblar.

Partiya nümayəndələri Bağdadla birlikdə addımların atılması istiqamətində razılaşdıqlarını, ancaq kürdlərin istəklərinə yox cavabı veriləcəyi təqdirdə, müstəqillik üçün referendum keçirilməsi barədə qərar alacaqlar.

Bərzaninin rəhbərliyi altında keçirilən yığıncaqda Bağdada ortaq kürd nümayəndə heyətinin göndərilməsi barədə razılıq əldə edilib.

Bağdad rəhbərliyinə Kərkükün statusunun təyin olunması üçün İraq parlamenti tərəfindən çıxarılan qərarın və referendumun keçirilməsini ehtiva edən 140-cı maddənin həyata keçirilməsi, kürd neftinin satılması, büdcədən Kürd bölgəsinə ayrılan payın vaxt itirmədən göndərilməsi barədə şərtlər irəli sürüləcək. Təqdim ediləcək təkliflər rəsmi Bağdad tərəfindən qəbul edilməyəcəyi təqdirdə, bölgənin İraqdan ayrılması üçün referendum keçirilməsi ilə əlaqədar qərar alınacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.