Müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi ilə bağlı Bakı şəhəri üzrə 12 rayonda müəllimlərlə görüşlər keçiriləcək.
Bakı Şəhər üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşlərdə müəllimlərin sualları cavablandırılacaq və bu mövzuda çıxan problemlərə fərdi yanaşılacaq.
Artıq Səbail rayonu məktəblərinin müəllimləri üçün görüş keçirilmiş, müəllimlər yenidən məlumatlandırılmış və sualları cavablandırılıb.
Qeyd edək ki, Mayın 19-u Yasamal rayonu məktəbləri üçün 60 nömrəli məktəbdə (11:00), Binəqədi rayonu məktəbləri üçün 276 nömrəli məktəbdə (15:00), mayın 20-si Suraxanı rayonu məktəbləri üçün 104 nömrəli məktəbdə (11:00), Xətai rayonu məktəbləri üçün 138 nömrəli məktəbdə (15:00), mayın 21-i Nəsimi rayonu məktəbləri üçün 159 nömrəli məktəbdə (11:00), Xəzər rayonu məktəbləri üçün 183 nömrəli məktəbdə (15:00), mayın 22-si Nizami rayonu məktəbləri üçün 210 nömrəli məktəbdə (11:00), Pirallahı Nizami rayonu məktəbləri üçün 235 nömrəli məktəbdə (15:00), mayın 23-ü Nərimanov rayonu məktəbləri üçün 258 nömrəli məktəbdə (11:00), Sabunçu rayonu məktəbləri üçün 271 nömrəli məktəbdə (15:00), mayın 24-ü Qaradağ rayonu məktəbləri üçün 273 nömrəli məktəbdə (11:00) görüş keçiriləcək