Hərbi Akademiyada “tufan”: hamı ayaqdadı

19-05-2014, 17:38   
Hərbi Akademiyada “tufan”: hamı ayaqdadı
Silahlı Qüvvələrin Hərbi Akademiyasında dinləyicilərin iştirakı ilə hərbi oyunlar keçirilir.

Bildiriblər ki, mayın 19-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında şərti "Tufan-2014" adlı hərbi oyunlar başlanıb.

Virtual təlimlərə Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabit və müəllim heyəti, təhsil alan zabit və mülki dinləyicilər cəlb edilib.

Keçirilən hərbi oynunların məqsədi strateji və taktiki səviyyələrdə əməliyyatların planlaşdırılması və icra edilməsi təcrübəsinin dinləyicilərə çatdırılması, verilən tapşırıqlara əsasən qərarların vaxtında qəbul edilməsi prosesinin öyrənilməsidir.

Hərbi oyunlar mayın 23-dək davam edəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.