Anar Məmmədovun media layihəsi niyə ləngiyir?

19-05-2014, 17:42   
Anar Məmmədovun media layihəsi niyə ləngiyir?
“Qarant Holdinq” şirkətlər qrupunun Müşahidə Şurasının üzvü, qurumun Direktorlar Şurasının sədri Anar Məmmədova məxsus holdinqin nəzdində “Qarant Media Holdinq” yaradılacağı barədə məlumatlar verilsə də, belə bir qurum hələ də yaradılmayıb.
Bu da belə bir ehtimal yaradır ki, “Qarant Holdinq” media layihəsindən imtina edib.
A.Məmmədovun vəkili Ruslan Məmmədov hələ ötən ayın əvvəllərində bildirmişdi ki, aprelin 25-də ilk media saytı təqdim olunacaq: "Holdinqə daxil olan saytlar var. Onlar haqqında məlumatlar da “Qarant Media Holdinq”in saytında yerləşdiriləcək. Holdinqə həm yeni yaradılan, həm də köhnə saytlar daxildir".
"Niyə “Qarant Media Holdinq”ə daxil olan saytlar fəaliyyətə başlamayıb" sualı ilə R.Məmmədovun özünə müraciət etdik. O, suala cavab verməkdən imtina etdi. Sualımızı dinləyəndən sonra "hazırda məşğulam" deyib telefonunu söndürdü.
/teleqraf.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.