İran İslam Respublikası Radio və Televiziya Təşkilatının Bakı ofisinə yeni müdir təyin olunub. Yeni müdirin adı Mehdi Rasidir. O indiyədək bu vəzifədə çalışan Əhməd Kazimini əvəz edib. Yeni müdir artıq Bakıdadır və təhvil-təslim işləri həyata keçirilir. Qeyd edək ki, Əhməd Kazimi 5 il idi ki, İranın dövlət televiziyasının Bakı ofisinin rəhbəri vəzifəsində çalışırdı. Mehdi Rasi bundan öncə İran Radio və Televiziya Təşkilatının Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri üzrə ofislərində müdir müavini vəzifələrində çalışıb.