Suriyada 2011-ci ildən bu yana davam edən vətəndaş müharibəsində ölənlərin sayı 162 mini keçib.
Modern.az xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən “Syrian Observatory for Human Rights” hüquq müdafiə təşkilatı məlumat yayıb. Məlumata görə həlak olanların 80 min 836-sı mülki şəxs, 8 min 607 uşaq və 5 min 586-sə qadındır. Vətəndaş müharibəsində Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən üsyançılardan isə 26 min 858 nəfərdir.
B. Əsəd tərəfində döyüşənlərdən isə itkilərin sayı 10 mindən çoxdur.
Bununla yanaşı, təşkilat qeyd edir ki, hazırladığı hesabata itkin düşənləri, oğurlanmış şəxsləri siyahıya daxil etməyib.