1 manatlıq dərman 560 manata satılıb

20-05-2014, 10:46   
1 manatlıq dərman 560 manata satılıb
Türkiyədə saxtakarlıqla məşğul olan şəxslər soyuqdəymə dərmanlarını xərçəng dərmanı kimi satıblar. ANS PRESS-in məlumatına görə, İstanbul Polis İdarəsinin hazırladığı hesabatda bu barədə məlumat qeyd edilib. Dələduzlar 3 lirəlik (təqribən 1 manat) dərmanı 1500 lirəyə satıblar. Saxta dərman hazırlayanlar 30 adda əhəmiyyətli dərmanı saxtalaşdırıblar.

Saxta dərman hazırlayan dəstəyə qarşı keçirilən əməliyyat zamanı 5 min qutu dərman aşkar edilib. "Zaman" qəzetinin məlumatına görə, dəstə saxta dərman üçün xammalı Suriya, İran, Misir, Liviya və Azərbaycandan qaçaq yollarla aparıb.

Əməliyyat xəstəxanalardan çalışan tibb bacılarından birinin ayıqlığı sayəsində başlayıb. Belə ki, xərçəng xəstəinə dərman verən tibb bacısı onun qatılığının normal dərmandan fərqləndiyini görüb. Komputer sistemində dərmanın nömrəsini axtarış verəndə isə onun seriya nömrəsində uyğunsuzluq olduğunu görüb.
Dəstə 1 özəl, 4 onkoloq və professor, 7 əzcaçı və dərman deposu ilə işləyiblər.

Ən dəhşətlisi isə izlənilən şəxslərin telefon danışıqları olub. Bu danışqılardan birini təqdim edirik:
- Alıcı: Göndərilən dərmanlar saxtadır. Mən bunları paylamışam. Geri toplaya bilmirəm. Sənin heç insafın yoxdur?
- Satıcı: Heç nə olmaz. Onsuzda öləcəklər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.