Azərbaycanda kənd təsərrüfatı malları bahalaşdı

20-05-2014, 15:24   
Azərbaycanda kənd təsərrüfatı malları bahalaşdı
Bu ilin yanvar-aprel aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 795,6 mln. manat olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,0%, bitkiçilik məhsulları üzrə isə 9,1% artıb. “Ölkədə yazlıq bitkilərin kütləvi əkini davam edir. May ayının 1-i vəziyyətinə 262,0 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 40,7 min hektarda dənli və dənli paxlalı bitkilər, 57,5 min hektarda kartof, 52,5 min hektarda tərəvəz bitkiləri, 18,1 min hektarda ərzaq üçün bostan bitkiləri, 14,8 min hektarda pambıq, 7,2 min hektarda dən üçün günəbaxan, 4,6 min hektarda şəkər çuğunduru, 756 hektarda tütün, 63,3 min hektarda çoxillik, 1,4 min hektarda isə birillik otlar əkilib”, - deyə komitənin məlumatında bildirilib. Qeyd edilib ki, yazlıq əkinlərin strukturunda yazlıq dənli və dənli paxlalılar (qarğıdalı daxil olmaqla) 15,6%, texniki bitkilər 10,4%, kartof, tərəvəz və bostan bitkiləri 48,8%, yem bitkiləri 24,7% təşkil edib. Təsərrüfatlarda 46,6 min ton tərəvəz məhsulları və 6,0 min ton faraş kartof istehsal edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.