Rusiyalı milyarder, “Monako” futbol klubunun rəhbəri Dmitri Rıbolovyovun boşandığı həyat yoldaşına ödəyəcəyi təzminatın məbləği məlum olub. “Axar.az” xəbər verir ki, milyarderin həyat yoldaşı Yelena Rıbolovyova ilə 2008-ci ildən bəri davam edən məhkəmənin nəticələri açıqlanıb. Məhkəmənin hökmünə görə, Rıbolovyov boşandığı xanımına 4.5 milyard dollar təzminat ödəyəcək. Ödəniləcək təzminata milyarderin bəzi daşınmaz əmlakları, Yunanıstandakı şəxsi adası da daxil edilib. 13 yaşlı qızları Annanın vəliəhdlik hüququnu da əldə edən Yelena Rıboloyova milyarderə məxsus Nyu Yorkdakı 88 milyon dollar məbləğindəki villaya da sahib olub.