Nazir müavini olan iki qardaşın maliyyə oyunları

20-05-2014, 15:32   
Nazir müavini olan iki qardaşın maliyyə oyunları
Azər və Ceyhun Bayramovların Maliyyə və Təhsil Nazirliklərini barmaqlarına sarıdıqları deyilir

Ötən günlərdə xəbər vermişdik ki, maliyyə nazirinin müavini Azər Bayramov keçmiş komitə sədri Elşad İsgəndərovun qaynıdır. Elə təhsil nazirinin yeni təyin olunmuş müavini Ceyhun Bayramov da Azər Bayramovun qardaşıdır.

JAM.AZ-a məlumat verən mənbə bildirmişdi ki, İsgəndərov işdən çıxarılandan sonra Maliyyə Nazirliyində bir çoxları Bayramovların da gedəcəyi fikrinə düşüblərmiş. Lakin sonradan məsələ müəmmalı şəkildə baş tutmadı. Halbuki Azər Bayramov otağını belə yığışdırmaq üçün təlimat veribmiş

Nazirlikdəki mənbələrdən JAM.AZ-a daxil olan məlumata görə, xaricdə bir neçə şirkəti olan və mütəmadi şəkildə offşor hesablara pul köçürmələrini təşkil edən Azər Bayramov bütün bunları əsasən rayonlara təyin etdiyi maliyyə idarələrinin müdirlərinin əli ilə həyata keçirir. Ümumi prosesə isə Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov nəzarət etdiyi deyilir.

Mənbə israrla bildirir ki, pul köçürmələri prosesində təkcə bu adamlar deyil, həmçinin onların nəzarətində olan dəllalar da var. Bu dəllaların əsas missiyası isə nazir müavini tərəfindən ayrılmış dövlət pullarının nağdlaşdırılması ilə məşğuldur.

Məlumat verən mənbə deyir ki, Azər Bayramov əsasən nazirliklərə xidmət edən Maliyyə İdarəsinin rəisinin də imkanlarından yararlanır. Belə ki, nazir müavini həmin idarənin rəisi olan yerlisi, gədəbəyli Nadir Qarayevlə birlikdə hərəkət edərək, maliyyə naziri Samir Şərifovdan xəbərsiz bir sıra planların icrasını həyata keçirirlər.

Mənbə maliyyə nazirinin müavini Azər Bayramovun qardaşı, bu yaxınlarda təhsil nazirinin müavini postuna gətirilmiş Ceyhun Bayramovla birlikdəki planlarından da bəhs edib. JAM.AZ-a verilən məlumata göər, Ceyhun Bayramovun Təhsil Nazirliyində belə mühüm posta çəkilməsi səbəbsiz olmayıb. Belə ki, qardaşı onun müavin vəzifəsi alması üçün xeyli əziyyət çəkib və əlaqələrindən istifadə edib. Məqsəd isə Ceyhun Bayramovun təhsil məsələləriylə deyil, məhz təhsilə ayrılan pullara nəzarəti ələ keçirmək olub.

Məlumatda iddia edilir ki, Ceyhun Bayramov konkret olaraq təhsilə ayrılmış pulların «əridilməsi» ilə məşğul olacaq. Həmçinin o da vurğulanır ki, Maliyyə Nazirliyində büdcə təşkilatlarının maliyyələşirilməsi məsələsi dünyanın heç bir ölkəsində mövcud olan metod və mexanizmə uyğun deyil. Bütün dünyada büdcə vəsaitlərinin xərclənməsi yerli orqanlara ötürüldüyü halda, yəni bu sahədə əks-mərkəzləşmə olduğu halda, Azər və Ceyhun Bayramovlar ayrılan pulları mərkəzləşdirilmiş qaydada, özü də özlərinin icad etdiyi formada sərf olunur.

Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.