Azərbaycanlı iş adamlarından birinin Almaniyadakı "Koeing Specials" tüninq atelyesinin məhsullarından olan C62 avtomobilini satın aldığı bildirilir.
Əfsanəvi Porsche 962 idman bolidinin tüninq edilmiş versiyası olan bu modelin maksimal sürəti 378 km/saatdır.
800 at gücünə malik mühərriklə təchiz edilmiş model 100 km/saat sürəti 3,4 saniyəyə əldə edir.
Tüninq atelyesi sözügedən modelin 1,606 milyon avroya (təqribən 2,2 milyon dollar) satıldığını bildirsə də, alıcının adını açıqlamayıb.
Alıcı anonim qalmaq istədiyini vurğulayıb. Fəqət Almaniya mediasında yer alan xəbərlərə görə, "həmin şəxs azərbaycanlı iş adamı"dır. Onun harada yaşadığı da açıqlanmayıb.