Belçikaya qaçmış qadından tüküprədici iddialar

20-05-2014, 17:05   

Ləman Talıbova: «Qızımı oğurlayıb, işgəncə verdikdən sonra ölkəni tərk etmək məcburiyyətində qaldım»

«Mən 10 mart 2013-cü il aksiyasında iştiraka görə polis tərəfindən təzyiqlərə məruz qalmışam. Qızım Vəfa Məmmədova isə təqib olunub». Bu sözləri JAM.AZ-a Ləman Oqtay qızı Talıbova deyib.

O bildirib ki, həmin ilin 12 martında Səbail rayon 39-cu Polis Bölməsinə aparılıb və işgəncələr verib. «Məni əvvəlcə iki polis təhqir etdi və sonra da döydü. Bütün bunların qızımın başına gələcəyini də dedilər. Mənə 15-30 gün vaxt verib gecə evə buraxdılar. Elə bütün zülmlər də bundan sonra başladı».

L.Talıbova iddia edir ki, onun evinə və mobil telefonlarına gecə və gündüz naməlum zənglər gəlməyə başlayıb. «Məni və qızımı öldürəcəkləri ilə qorxudurdular. Həmin ilin mart ayının 21-də qızım Vəfanı oğurlamaq istədilər. Lakin canını yaxınlıqda yerləşən «Neptun» marketinə girməklə qurtara bilib. İkinci cəhdləri isə baş tutdu. Belə ki, həmin ilin 15 aprelində qızım dərsdən çıxarkən naməlum şəxslər onu maşına basaraq, dəniz sahilinə aparıblar. Orada işgəncə veriblər və 4 dəfə boğulana kimi suda saxlayıblar. Və dəfələrlə deyiblər ki, anana denən biz gözləyirik. Qızımı gecə saatlarında Xırdalandakı quşçuluq Fermasının yanında atıb, gediblər».

O bildirib ki, bu hadisədən sonra ölkəni tərk etmək qərarına gəlib. «Mən Belçikaya gəldikdən sonra 9 dekabr 2013-cü il tarixdə Səbail rayon Məhkəməsində haqqımda cinayət işi açıblar».

Daxili İşlər Nazirliyinin mətbuat şöbəsinin rəsmisi Orxan Mansurzadə JAM.AZ-a açıqlamasında bildirdi ki, məsələ ilə bağlı araşdırma aparıb. "Ləman Talıbovanın nə Sabail rayon 39-cu Polis Bölməsində olması, nə işgəncələrə məruz qalması, nə də qzının oğurlanması barədə heç bir məlumat yoxdur. Onun dedikləri isə cəgəngiyyat və yalandan başqa bir şey deyil. Bu xanım görünür məskunlaşdığı ölkədə siyasi sığınacaq almaq üçün belə bir variant seçib. Ümumiyyətlə, bəzi "soydaşlarımız" Avropa ölkələrindən siyasi sığınacaq almaq üçün belə yalanlardan, böhtanlardan istifadə edirlər. Hətta bəziləri irəli gedərək özünü guya erməni əsilli olduğunu və buna görə Azərbaycanda təzyiqlərə məruz qaldığı iddiasını, cəfəngiyyatını irəli sürürlər. Təəssüf ki, Ləman Talıbova da buna bənzər bir yol tutub və açıq şəkildə Azərbaycan dövlətinə, onun polisinə şər atmaqla məqsədinə çatmaq istəyir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.