Azərbaycan Baş Prokurorluqda yeni kadr islahatları həyata keçirilib. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS PRESS-ə açıqlamasında Baş prokuror Zakir Qaralovun əmrləri ilə Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tutduğu vəzifədən azad olunduğunu bildirib.
Digər bir əmrlə Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi, Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Ramil Məcidov isə həmin idarənin rəisi vəzifəsinə gətirilib.