Amerika Birləşmiş Ştatları "Maqnitski siyahısı" adı altında tətbiq etdiyi sanksiyalara daha 12 nəfər rusiyalı məmurun adını əlavə edib. "Axar.az" "Deutshe well"in son xəbərinə istinadən xəbər verir ki, Vaşinqton həmin şəxslərin də Rusiyada insan haqlarını pozduğunu qəbul edib. Qeyd edək ki, siyahıya daxil edilən şəxslər bunlardır: İqor Alisov, Aleksandr Qaus, Vyaçeslav Xlebnikov, Dmitri Klyuev, Dmitri Kratov, Andrey Karçatov, Larisa Litvinova, Viktor Markelov, Vladlen Stepanov, Umar Şuqaipov, Fikrət Tağıyev və Musa Vaxayev. Qeyd edək ki, bu şəxslərin adları artıq Amerika Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib.