Medvedev: “Şimali Koreya olacağıq?”

21-05-2014, 10:56   
Medvedev: “Şimali Koreya olacağıq?”
Amerika məhsullarından imtina etmək mənasızdır. “Axar.az” xəbər verir ki, bunu Rusiya Baş naziri Dmitri Medvedev “Komsomolskaya Pravda” qəzetinə verdiyi müsahibəsində deyib. “Bizim Amerika ilə münasibətlərimizin “Ayfon”a nə dəxli var? Gəlin onda bütün xarici məhsullardan imtina edək. Bizdə nə baş verəcək? Şimali Koreya? Bu bizim yolumuz deyil. Mən hesab edirəm ki, nə biz, nə amerikalılar, nə də avropalılar heç nəydən imtina etməməlidirlər. “Ayfon”dan imtina etməklə Amerikaya ziyan vurmaq çox gülüncdür”, - deyə Medvedev bildirib. Qeyd edək ki, artıq bir neçə gündür Rusiyada ABŞ məhsullarından imtina etmək üçün çağırışlar edilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.