Polisdən söz soruşdu, yumruq yedi

21-05-2014, 11:11   
Polisdən söz soruşdu, yumruq yedi
İstanbulun Fatih rayonunda satıcılıqla məşğul olan bir gənc polis tərəfindən döyülüb.

ANS PRESS-in məlumatına görə, İstanbulun Fatih rayonunda polis qüvvələri küçələrdə fəaliyyət göstərən səyyar satıcılara qarşı əməliyyatı zamanı mağaza sahiblərindən birinə güc tətbiq ediblər.

Erol Polan adlı mağaza sahibi bir anda küçədə səs-küyün olduğunu eşidir və nə olduğunu bilmək üçün bayıra çıxır. Polislərdən nə baş verdiyini soruşan satıcıya yumruqla cavab veriblər.

Polislərin Erola qarşı etdiyi hərəkətlər mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

"Fatih mahalında mətbuata da əks olunan görüntülərdə satıcıya zorakı hərəkət tətbiq edən polis məmuru tərəfimizdən müəyyən edilmiş və barəsində istintaq işi başladılmışdır." - deyə İstanbul meri Hüseyn Avni Mutlu görüntülərin yayılmasından sonra "twitter" hesabında açıqlayıb.
[media=https://www.youtube.com/watch?v=kCKvbepQpNA]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.