Son zamanlar məmurlar və onların yaxınları ölkədə əsl özbaşınalıq edirlər. Dəfələrlə prezident İlham Əliyevin də xəbərdarlıq etməsinə baxmayaraq məmurlar yenə də dövlət büdcəsini talamaqda, büdcədən götürdükləri milyonların əvəzində yalnız qısa müddətli təmir işləri aparmaqda davam edirlər.
Etatist.com xəbər verir ki, video bloqqer Mehman Hüseynovun yaydığı video isə sosial şəbəkədə böyük səs-küyə səbəb olub.
İlham Əliyevin İsmayıllı rayonuna səfəri zamanı çəkilən videoda görünür ki, icra başçısı prezidentin keçdiyi yollarda olan ağacların yola tərəfində qalan hissəsini rənglətdirib, ağacların arxa tərəfləri isə olduğu kimi qalıb.
Həmin videonu təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=hdHIm8cT1m0]