General: "Danışan kimi internetdə yayırsız"

24-05-2014, 13:45   

Azərbaycanın Müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov nazir general-polkovnik Zakir Həsənovun əmri ilə tərxis olunmasına münasibət bildirməkdən imtina edib. Sabiq nazir müavini Ç.Məmmədov açıqlamasında vəzifədən getməsi barədə danışmaq istəmədiyini söyləyib: “Hər şey normaldır, öz işimdəyəm. Heç nə danışmayacam. Danışan kimi internetə yayırsınız. Nə danışıramsa, hamısını yazırsınız”. Xatırladaq ki, ötən həftə Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Prezidentin sərəncamı ilə tərxis olunub. Onu general-leytenant Kərim Vəliyev əvəzləyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.