“Təkcə İlham Əliyevin özü Ermənistanın büdcəsindən çox pul xərcləyir”

24-05-2014, 13:49   

Amerika Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Hamparian Ermənistana və onların bütün dostlarına müraciət edib. Axar.az erməni mənbələrinə istinadən xəbər verir ki, Aram Hamparian müraciətində Azərbaycanın artıq İrəvan torpaqlarına iddia etməyə başlamasını və türk tərəfdaşları ilə Ermənistan və Dağlıq Qarabağı blokadada saxlamağa çalışdığını deyib: “Əliyev çıxışlarında “Dünyada Azərbaycanın əsas düşməni ermənilərdir”, - deyir. Bu Tələt Paşa və ya Sultan Əbdülhəmid deyil, heç 1915-ci il də deyil. İndi Prezident İlham Əliyev açıq-aşkar İrəvanın Azərbaycan torpaqları olduğunu bildirir. Azərbaycan onmilyonlarla dollar xərcləyərək silahlanır, sərhəddə snyaperlər yerləşdirir. Şəxsən Əliyevin özü bu işlərə Ermənistanın dövlət büdcəsindən daha artıq pul xərcləyir. Onun niyyəti açıqdır. O, Ankaradakı müttəfiqləri ilə 1915-ci ildə başlanmış işi bitirmək istəyir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.