Rusiyadan aldığımız 240 milyonluq tanklar nəyə qadirdir?

24-05-2014, 13:53   
Rusiyadan aldığımız 240 milyonluq tanklar nəyə qadirdir?
Azərbaycan Rusiyadan 100 ədəd T-90S tankı alıb. Rusiya hərbi sənayesinin tank sahəsində sonuncu istehsalı olan 90S-lər nəyə qadirdir? Axar.az-ın hərbi məlumat mənbələrindən topladığı məlumatı təqdim edirik. Bu seriyadan olan tanklar T-72-ləri əvəz etmək üçün istehsal olunub. Hazırda Rusiya, Hindistan və Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tank olan T-90-lar T-72BM tankının yüksək texnologiya məhsulları ilə təchiz olunub. Bu tanklar T-80 tankından alınan 1G46 Nişangah Termal kamera Kontakt-5 partlayıcı həssas zireh (aktiv zireh) və daha güclü mühərrikə sahib olub, digər Rusiya tankları kimi alçaq bir profilə malikdir. Rusiya ordusunda istifadə edilən bu tank Hindistanda da istehsal və istifadə edilməkdədir. T-90 tankları Rusiyanın “Uralvaqonzavod” Elmi İstehsalat Müəssisəsi tərəfindən istehsal edilir. Rusiya və Hindistan arasında 2001-ci ildə əldə olunan razılaşmaya əsasən, T-90 tanklarının Bişma adıyla Hindistanda ortaq istehsalına başlanıb. T-90S tankının TTX-sı (Taktiki-Texniki Xüsusiyyətləri) T-90 tanklarının məxsus olduğu Tank Əleyhinə İdarə olunan Raket (TƏİR) kompleksi 5 km. uzaqlıqda olan düşmənin istənilən tip zirehli texnikasını 100 faiz dəqiqliklə məhv etmək imkanı verir. T-90S-in malik olduğu avromatik dolub-boşalan 2А46М-5 topu TƏİR raketlərindən başqa zirehdeşən, beton istehkamları dağıdan və s. xüsusiyyətə malik müasir mərmilər ata bilir. Gecə-gündüz görmə imkanına malik optik lazer-nişangah tank hərəkətdə olarkən belə hədəfi nişan almaq və ya nişangahı hədəf üzərində saxlamaq imkanı yaradır. Tank üzərində quraşdırılan “Kord” pulemyotu isə hava hədəflərinin məhv edilməsində kifayət qədər ciddi silahdır. Fiziki xüsusiyyətləri Çəkisi: 46,5 - 50 ton, uzunluğu, 9,53 m (lülə daxil olmaqla), 6,86 m (yalnız gövdə). Eni 3,37 m, hündürlük: 2,23 m, daxili həcm - 11,04 m³ (ümumi), 1,85 m³ (qüllə). Zəminə təzyiq: 0,938 kq/sm ², heyət: sürücü, nişançı, tank komandiri. Mühərrik: 840 AG V-84MS dizel mühərrik, 1000 AG V-84KD turbo dizel mühərriki 1000 AG V-85 dizel mühərrik 1 KW-lıq AB-1-P28 generator. Sürət: 65 km/s (yolda), Dalış dərinliyi: 1,8 m (şnorkelsiz), 5 m (şnorkellə), Mənzil: 375 km, əlavə yanacaq ehtiyatı ilə 550-650 km. Güc/Ağırlıq nisbəti: 18-20 AG / ton, Dayandırılması: burulma bar. Müdafiə xüsusiyyətləri Zireh: 830 mm Müdafiə sistemləri: Ştora-1 infraqırmızı və lazer şüalarını pozucu sistemi. Kontakt-5 reaksiyalı zireh, 82 mm-lik 902B sis bombası atmaq imkanı. Atəş gücü Əsas döyüş silahı: 9M119M Refleks-M mərmisi, 125 mm-lik yivsiz top. Köməkçi müharibə silahı: 7,62 mm-lik PKT maşınlı tüfəng, 12,7 mm-lik NSVT hava müdafiə maşınlı tüfəng qurğusu. Qiyməti: 2,4 milyon.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.