Ağdamda Əli Həsənovun qəbulunda kimlərin iştirak edəcəyi artıq bəllidir

7-02-2016, 12:43   

Bir neçə gündən sonra-08.02.2016-ci il tarixdə Ağdam rayonundan olan vətəndaşlarla Baş Nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəzərdə tutulan qəbuluna kimlərin girə biləcəyini Ağdam Rayon İcra Hakimiyyəti müəyyənləşdirir. Son günlər daha çox hədəfə gələrək hakimiyyət dairələrində mənfi reputasiyaya malik olan icra başçısı Raqub Məmmədov son dərəcə əndişə içərisindədir və Cənab Həsənovla qəbula girəcək şəxslərin kimliyi barədə özünün müəyyən etdiyi katiqoriyaya uyğun aparılacaq. Yəni Cənab Prezident İlham Əliyevin göstərişinə əsasən bölgələrdə yüksək çinli məmurların vətəndaşlarla görüşü çərçivəsində Ağdam rayonunun vətəndaşları ilə planlaşdırılan bu qəbul sadəcə formal xarakter daşıyacaq. Bu görüş RİH-dəki mənbənin əməkdaşımıza verdiyi məlumata əsasən Raqub Məmmədovun çox həssas anlar yaşadığı dörvə təsadüf etməsi başçının həmin qəbulda kiminsə rayonda yaşananlarla bağlı verəcəyi adi bir informasiya belə, sonu olacağını düşünməsi kimi xarakterizə olunur. Yəni, sosail şəbəkələrdə səs yazısının yayılmasından və bundan sonra daha çox işdən uzaqlaşdırılması məsələsi gündəmə gələn Ağdam Rayon İcra hakimiyyəti başçısı Raqub Məmmədob həmin qəbulda yalnız dövlət orqanlarında çalışan və əvvəlcədən kimliklərinin araşdırılması üçün şəxsiyyət vəziqələri əvvəlcədən toplanacaq şəxslərin iştirakına icazə verilməsi üçün artıq rayonun vəzifəli şəxslərinə müvafiq tapşırıqlar verilib. Deməli, Əli Həsənovun Ağdam rayonuna o qədər yol qət edərək vətəndaşlarla guya qəbul keçirməsi məsələsi xalqın və dövlətçiliyin mənafeyinə xidmət etməyəcək, yalnız rayon rəhbərliyinin iradəsinə uyğun təşkil olunacağı planlaşdırılır. Bu da həmin qəbulların keçirilməsi üçün ölkə rəhəbrinin müvafiq tapşırığına qarşı böyük sayqısızlıq və etina münasibətin tərkib hissəsidir. Əslində, bu gün Ağdam rayonunda çox ciddi problemlər mövcuddur və insanlar öz haqqını tələb etmək üçün icra hakimiyyətinə etdiyi çox saylı müraciətlərin faydasız olması səbəbindən belə qəbullarda iştiraka cəhd edirlər. Ancaq hərdəfəsində də bu cür qəbullarda iştirak edənlər icra hakimiyyəti tərəfindən müəyyən olunmuş özlərinə yaxın şəxslərdən ibarət olur. E.Vaqifoğlu
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar