Qubada rəis oğlu oğurluq etdi

24-05-2014, 14:58   
Qubada rəis oğlu oğurluq etdi
Bu barədə ev sahibi məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərdən 2-si Abdulrəhmanov Elşən Nəriman oğlu və Qarayev Elmar İmran oğlu Quba şəhər sakinləri, 1 isə Qusar sakini Xanbutayev Murad Oruc oğludur. Təqsirləndirlənlərdən Elmar Qarayev Quba rayon polis şöbəsinin sahə rəisi İmran Qarayevin oğludur. Həmçinin digər iki nəfəri də bu əməli törətməyə məhz o təhrik edib.
Zərərçəkən bildirir ki, onlar əməllərini səmimi şəkildə etiraf ediblər. “Qafqazinfo”nun məlumatına görə, oğrular evə girərkən əllərində dəyənək və digər soyuq silahlar olub. Məqsədləri mənzildəkilərə xəsarət yetirmək olsa da aralarında düşən mübahisə buna imkan verməyib.
Qeyd edək ki, evə basqın etməkdə təqsirli bilinən adıçəkilən şəxslərin saxlanmasını Quba RPŞ-də , o cümlədən Elmar Qarayevin atası polis mayoru İmran Qarayev də təsdiqləyib. Hazırda faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.