"Səslər qarabasma kimi ancaq dekabr ayında çıxır". Axar.az xəbər verir ki, Kanada ilə yanaşı dünyanın bir neçə yerində eşidilən və mənşəyi indiyə qədər bilinməyən səslərin sirri çözülüb. Səslərin eşidildiyi Vindsor şəhərində yerləşən "Vestern Ontario" universitetinin mütəxəssisi Peter Broun və "Vindsor" universitetində çalışan elm adamı Kolin Novakın etdiyi araşdırma nəticəsində məlum olub ki, gələn səslərin əsas mənşəyi ABŞ-Kanada sərhədinin Zuq adasında olan polad fabrikləridir. Novak "Çox təəssüf ki, uğultunun meydana gəldiyi ana qaynağı tapa bilməmişik, tapmağımız da qeyri-mümkündür. Çünki səs qarabasma kimi ancaq dekabr ayında çıxır" deyə bildirib. Novak uğultunun Rouqe çayının üzərində olan Zua adasından gəldiyinə əmin olduqlarını lakin ada üzərindəki zavodlarda araşdırmanın Amerika tərəfindən aparılmasının lazım olduğunu qeyd edib. Ümumi araşdırma üçün Kanada hökuməti 250 min dollarlıq laboratoriya qurub. Qeyd edək ki, bu günə qədər ABŞ-ın İndiana ştatında, İngiltərənin Bristol şəhərində, Avstraliyanın Sidney və Kanadanın Vindsor şəhərlərində eşidilən və "hum" olaraq adlandırılan səslərin insan sağlamlığına mənfi təsir buraxması alimlər tərəfindən təsdiqlənib.