Cənab nazir,ruhi xəstə məktəbdə dərs deyir

11-02-2016, 10:34   
Cənab nazir,ruhi xəstə məktəbdə dərs deyir
Qobustan rayonunun Nabur kənd sakini Yoldaşxan Məmmədov “Azadlıq”a məktub göndərib. O, rayon icra başçısı Adil Məmmədova üz tutaraq təhsillə bağlı yaşanan problemin həll edilməsini istəyir:

“Bizi bir məsələ maraqlandırır. Rayonun icra başçısı kimi ruhi xəstələri vəzifə üçün sizə təqdim edənləri niyə cəzalandırmırsınız? Hazırda bələdiyyə üzvü olan, TSEK-in qərarıyla pedaqoji fəaliyyəti qadağan edilməsinə baxmayaraq məktəbdə uşaqlara dərs keçən Məlikhəsən Ibrahimov hansısa bir azyaşlıya faciə yaşadarsa, bunun məsuliyyəti kimin üzərində qalacaq? Təhsil Nazirliyi, Mərkəzi Seçki Komissiyası, icra hakimiyyəti orqanları hara baxır görəsən? Xahiş edirəm, bu məktubumun diqqətdə saxlanması və tədbir görülməsini həyata keçirəsiniz”.

Sosial şöbə


Redaksiyadan: Məktubda qeyd edilən məsələylə bağlı Təhsil Nazirliyinin də mövqeyini dərc edə bilərik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar