İşdən çıxarılacaq icra başçıları - siyahı

14-02-2016, 14:47   


Yaxın günlərdə bir neçə rayonun icra hakimiyyətinin başçısı öz postunu itirəcək. Prezident Administrasiyasına daha çox şikayət daxil olan rayonları rəhbərləri posti ilə vidalaşacaq. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun bu yaxınlarda ən çox şikayət daxil olan rayonların adlarını açıqlamışdı. Bu rayonların icra başçıları artıq hakimiyyətin qara siyahısındadır.

Yada salaq ki, S.İsmayılovun açıqlamasında ən çox şikayət daxil olan rayonları sıralamışdı: Bakı şəhəri və onun bəzi rayonlarından, eləcə də Şəki, Yevlax, Ağcabədi, Ağstafa, Balakən, Göyçay, Kəlbəcər, Masallı, Saatlı, Şəmkir, Ucar.

Mənbə bildirir ki, ilk növbədə adıçəkilən rayonların rəhbərləri postunu itirəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar