Erməniylə qohum deputata şok ittiham: “Namuslu qadınların başına açdığı oyunlar…” – VİDEO

16-02-2016, 07:00   

“Rafael Cəbrayılovun vaxtilə Akif Covdarovla birgə gördükləri iş, ölkəmizin namuslu, qeyrətli xanımlarının başlarına açdıqları oyunların hamısı üzə çıxacaq”. Bunu Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deputat Rəfael Cəbrayılovla haqqında verdiyi müsahibəsində deyib.
Jurnalistin “millət vəkili Rəfael Cəbrayılovun sizi müğənni Aygün Kazımovanın sözlərilə vurmasına münasibətiniz necədir” sualına cavab verən Hafiz Hacıyev deputatı sahibkar xanımları aldatmaqda ittiham edib: “Mən Rəfael Cəbrayılov kimi nə qadınları aldatmamışam, nə də onların pulunu yeməmişəm. Rəfael Cəbrayılov onu yaxşı bilməlidir. Rəfael Cəbrayılov cinayət məsuliyyətinə cəlb olunmalı və o hüquq mühafizə orqanları qarşısında cavab verməlidir. Sahibkarın pulunu yemək cinayətdir. Bunu ölkə prezidenti cənab İlham Əliyev də deyib. Bu gün R. Cəbrayılov özünü itiribsə, buna sevinirəm. Çünki R. Cəbrayılov Eldar Mahmudovla bir yerdə Azərbaycan dövlətinə qarşı çevriliş etmişdir. Hüquq mühafizə orqanları da bunu gözəl bilir. R. Cəbrayılov əlində olan pulu da ona verməklə canını qurtarmaq istəyir. Belə bir şey yoxdursa, gecə saatlarında R. Cəbrayılovun köməkçisi nədən mənə zəng edir, mesaj yazır? Onunla danışıq telefonumdadır. Bunların hamısını açıb, mətbuata bəlli edəcək və bildirəcəm ki, R. Cəbrayılov kimdir. Bu şəxsin keçmişi də mənə bəllidir. Səviyyəsi olmayan bir insandır. Özü də xalqı aldatmaqla məşğul olan bir adamdır. R. Cəbrayılov narahatdırsa, gedib xanım sahibkarın pulunu qaytarsın. Növbəti iş həftəsinin ilk günü hüquq mühafizə orqanlarına müraciət edəcəyəm. Bildiyimə görə, R. Cəbrayılovu rayon sakinləri xeyir və şər yerlərinə belə buraxmırlar. Bir neçə nəfər insan var ki, xalqımızın başına belə oyunlar açır. Ölkə prezidenti də onlara qarşı qəti mövqe ortaya qoyub deyə, narahatlıq keçirməyə başlayıblar.”
Hafiz Hacıyev Rəfael Cəbrayılovun MTN-in həbsdə olan keçmiş generalı Akif Çovdarovla əlaqələri olduğunu və deputatı ifşa edəcəyini deyib. “R. Cəbrayılovun vaxtilə Akif Covdarovla birgə gördükləri iş, ölkəmizin namuslu, qeyrətli xanımlarının başlarına açdıqları oyunların hamısı üzə çıxacaq. Hər halda R. Cəbrayılov burcutmasın. Etdiyi cinayətlərə görə cavab verəcək. Pis yerə gəlib axşamlayıb. O bilməlidir ki, Hafiz Hacıyevlə heç zaman bacara bilməyəcək. Aygün Kazımova bir qadındır. O deyib, mən də ona cavab vermişəm. Məndə olan məlumata görə R. Cəbrayılovun haylarla qohumluğu var. Haylar da bu gün çalışırlar ki, Azərbaycana təzyiq etmək üçün müəyyən işlər görsünlər. Amma buna nail ola bilməyəcəklər. Hər halda prezidentimizin də Hafiz Hacıyev kimi qardaşı var və sona qədər qardaşımın yolunda mübarizə aparacağam. R. Cəbrayılovun səviyyəsini bütün Azərbaycan xalqı bilir” deyə partiya sədri qeyd edib./azerinfo.org/
Bildirək ki, son günlər R.Cəbrayılovun adı müxtəlif dələduzluq olaylarında hallanıb. Biz cumhuriyyet.az olaraq “Rafael Cəbrayılov macəraları: erməni qohumluğu, mandat alveri, dələduzluq və …” başlıqlı yazımızda bu barədə ətraflı bəhs etmişik. Bildirək ki, indi parlamentdə təmsil olunan bu şəxs haqda səsləndirilən iddiaları uzun müddət cavabsız buraxıb. Yalnız Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin açıqlaması deputatı yerindən oynadıb. Rafael Cəbrayılov saytları hədələyıb, Hafiz Hacıyevə “kloun” deyib, amma arvadının erməni olması iddiasına cavab verməyib. Xatırladaq ki, azərbaycan parlamentinin üzvü olan bu şəxsin erməni qohumluğu haqda hələ ötən il xəbər portallarında məlumatlar yer almışdı. Bununla bağlı cumhuriyyet.az olaraq xeyli məlumatlara rast gəlsək də deputatın hər hansı bir reaksiyası və ya təkzibini görmədik. Məsələn, millixeber.com saytında yazılır: “Gülər Əhmədova ilə Rəfael Cəbrayılovu birləşdirən onların qohumluq əlaqələridir. Belə ki, Əhmədovanın erməni qızı olan anası ilə Rəfael Cəbrayılovun həyat yoldaşının qohumluq əlaqələri vardır. Artıq hamıya məlumdur ki, R.Cəbrayılovun da arvadı erməni qızıdır və faktiki olaraq, oğulluğa götürdüyü oğlu baldızının oğludur. Baldızı isə Rusiyada erməni əri ilə yaşayır”.
Yuxarıda da deyildiyi kimi, R.Cəbrayılovun erməni qohumluğu haqda iddialar lap bu günlərdə növbəti dəfə H.Hacəyev tərəfindən səsləndirilib. Yenicag.az-da dərc olunan müsahibədən bir hissəni və bolgexeber.tv-nin bununla bağlı hazırladığı video süjeti diqqətinizə çatdırırıq:
– Mətbuatda sənədlər dərc olunub. Rəsmi sənədlərlə göstərilir ki, Eldar Mahmudovun dəstəsində olan deputatlar, konkret Rəfael Cəbrayılov onunla və Çingiz Əsədullayevlə birgə tikinti biznesilə məşğuldur. Mətbuatın yazdığına görə, Rəfael Cəbrayılov Məlahət Qurbanova adlı bir sahibkar xanımı aldadaraq ondan 300 min manat alıb, belədə onu iflas həddinə çatdırıb. Millət vəkilini belə bir çirkin əməllərə bulaşmaq yaraşarmı, belə bir şəxsin Milli Məclisdə oturması nə qədər doğrudur?
– Rəfael Cəbrayılovun gərək vicdanı olsun. Qadını aldatmaq olmaz. İnsan vəzifəsindən sui-istifadə etməz. Vəzifəsindən sui-istifadə edən belə insanlar üçün Cinayət Məcəlləsində cəzanı nəzərdə tutan maddələr var. Ona qarşı bu maddələr tətbiq olunmalıdır. R. Cəbrayılov kimiləri vəzifəsindən sui-istifadə edərək milləti aldadıblar. Nəinki deputatlar, nazirlər, komitə sədrləri milləti genefonduna qədər məhv ediblər. R. Cəbrayılovu deputat olaraq tanımıram. Bizlər dövlətin müstəqilliyini qoruyanda R. Cəbrayılovlar haralara işləyirdilər? Qadını aldatdığına görə onun vicdanı yoxdur. Görünür, arxasında duranlar da var. Ölkədə kadr və hüquqi sahədə ciddi islahatlar getməlidir. Müstəqil məhkəmə olmalıdır ki, hər şey qanun çərçivəsində öz həllini tapsın. Amma indilikdə bunun əksini görürük. Bu kimi deputatlarda arxayınlıq yaranıb, düşünürlər ki, onlara heç nə edə bilməzlər. Amma yanılırlar, zaman gələr onlardan bütün bunlar tələb olunacaq. Hər halda hər şeyin bir axırı var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar