MTN generalının qohumu DYP-də «at oynadır»-VİDEO

18-02-2016, 17:35   


Subayir Qurbanovun yaxın əqrəbası sayılan İlham Ağayevə söz demək belə «qadağan»dır

Ötən gün Göytəpə DYP Postunun inspektoru İlham Ağayevlə bağlı maraqlı bir video yayılmışdı. BTV kanalı tərəfindən yayılmış həmin videoda DYP inspektorunun qanunlara əhəmiyyət vermədən qara pərdələrdən istifadə etməsi, digər polis əməkdaşlarının ona əsgəri salam verməsi, habelə həddindən artıq bahalı maşın sürməsi görüntülənmişdi.

JAM.AZ İlham Ağayevlə bağlı kiçik bir araşdırma apararaq, maraqlı məqamları ortaya çıxarıb. DYP inspektorunun varlı olmasının səbəbkarı təkcə özü deyil, həm də atasıdır. Belə ki, onun atası Ağabəy Ağayev uzun illərdir Viləş Su Anbarının rəhbəri vəzifəsində çalışır. Ətraf ərazilərin suvarılmasından tutmuş, rayon mərkəzinin içməli su ilə təhciz olunmasına qədər bir çox işləri həyata keçirməyə borclu olan idarənin fəaliyyətsizliyi isə ayrıca mövzudur.

JAM.AZ-a daxil olan məlumatda vurğulanır ki, Ağabəy Ağayev həmçinin dəryaçada xeyli sayda balıq vətəgələri yaradıb və onların imkanlarından qazanc kimi yararlanır.

Amma İlham Ağayevin vəzifə başına keçməsi, atasının son illər daha da mövqe gücləndirməsinin səbəbkarı heç də maddi resurslar olmayıb. Məlumatlara görə, Ağayevlərin arxasında duran əsas fiqur bu yaxınlarda ləğv olunmuş MTN-in sabiq generalı, hazırda həbsdə olan Sübayir Qurbanov olub. Dövlətə xəyanətdə ittiham edilən generalın yaxın qohumları olan Ağayevlər, həbsdə olmasına rəğmən yenə də bildikləri kimi davranmaqdan çəkinmirlər.

Qarşı tərəfi də dinləməyə hazırıq. [media=https://www.youtube.com/watch?v=iYgfnbxCP58]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar