Sabunçu Rayon sakinini döyüb, evini sökdülər (ŞOK VİDEO ...)

18-02-2016, 17:57   

Ramanada yaşayan Əli Mirzəbəyovun evi sökülüb. Onun dediyinə görə, evin tikilmə icazəsi üçün 3 min manat verilməli imiş. Amma bu pulu verməyə imkanı yoxdur. Deyir ki, dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə tikinti icazəsi almaq üçün getsə də, qəbula düşə bilməyib.

Əli Mirzəbəyov evinin sökülməsini telefonuna çəkdiyi üçün təzyiqə məruz qalıb. Mülkü geyimli şəxslər onun telefonunu almağa cəhd edib və çəkilişi dayandırmasını tələb edib.

Məsələyə münasibət bildirmək üçün Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Özünü Qəzənfər Həsənov kimi təqdim edən qurum əməkdaşı dedi ki, onlar belə adam tanımırlar və heç kimin də evini sökməyiblər.

Ramana qəsəbə inzibati ərazi üzrə icra nümayəndəliyinin aparıcı mütəxəssisi Zemfira xanım isə öncə yalnız üzbəüz danışa biləcəyini desə də, sonra bu barədə məlumatsız olduğunu söylədi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar