“Uroloji Mərkəz»dən şikayət edənləri həbs edirlər?-VİDEO

19-02-2016, 11:35   
“Uroloji Mərkəz»dən şikayət edənləri həbs edirlər?-VİDEO



Baş həkim Kamal Abdullayev ondan narazı qalan xəstəni və ya valideyni əraziyə baxan polisə təhvil verdirir

Bakıda fəaliyyət göstərən bir çox özəl klinikalarda qalmaqallı hadisələrin baş verməsi adi hala çevrilib. Hələ bir müddət əvvəl tanınmış klinikalardan birində körpə uşağın əməliyyat edilməsi zamanı həkim onu ömürlük şiksət etmişdi.

JAM.AZ xəbər verir ki, bəzi klinikaların rəhbərləri isə bir qədər də irəli gedərək, onlardan şikayətçi düşən şəxsləri həbslə də hədələyirlər. Hətta bir neçə dəfə belə halların yaşanmasına da səbəb olublar.

Bakıda fəaliyyət göstərən «Uroloji Mərkəz» Klinikasıyla bağlı irəli sürülən iddialardan biri də onlardan şikayətçi düşənlərin cəzalandırılmasıdır. Klinikanın rəhbəri Kamal Abdullayevin xaraktercə tünd xasiyyətli biri olduğunu elə işçiləri də bilir. Düzdür, idarəçilikdə tündxasiyyətlilik bir qədər işə yarasa da, bir çox hallarda işçi ilə münasibətlərdə gərginliklərə də səbəb olur. Lakin bizi maraqlandıran məqam baş həkim Kamal Abdullayevin xarakteri və ya onun işçiləri olan münasibətləri deyil.

JAM.AZ-a verilən məlumata görə, «Uroloji Mərkəz» Klinikasına müraciət edən pasiyentlər heç də burada göstərilən xidmətdən, habelə müalicə və müayinədən məmnun qalmırlar. Külli miqdarda pulları çıxan, lakin qarşılığında sağlamlığına qovuşmayan insanlar məcburiyyət qarşısında qalıb, klinikanın fəaliyyətindən müvafiq dövlət qurumlarına şikayət edirlər. Ancaq bu yanaşma tərzi Kamal Abdullayevin xoşuna gəlmir. O səbəbdən də sahə üzrə Polis Bölməsinə apratdırılır. Və orada hətta saxlanıldığı da qeyd olunur.

Bir klinikada xəstənin şikayətçi olmasının həbslə və ya həbs edilə biləcəyi təhdidi ilə üzləşməsi sözün həqiqi mənasında Azərbaycanda ilk hadisədir. Doğrusu, hətta ən yüksək vəzifə sahiblərinin himayəsində olan tibb ocaqlarında belə baş həkimlər belə bir risqə getmirlər. Belə olan təqdirdə, Kamal Abdullayevin kimə və nəyə güvəndiyi kifayət qədər müəmmalıdır. Hər halda bunun məntiqli açıqlaması olmalıdır.

Xatırladaq ki, «Uroloji Mərkəz» Klinikasında xəstələrin əməliyyatlarında da bəzi hallarda ciddi qüsurlər meydana çıxır. Hələ bir müddət əvvəl 18 yaşlı Ömər Şıxəliyev sidik yolları daxilində tük bitməsindən əziyyət çəkdiyi üçün əməliyyat olunub. 6 dəfə baş tutan cərrahi müdaxilənin isə heç bir xeyri olmayıb.

Ömərin valideyni bildirir ki, Kamal Abdullayev 2000 dollar müqabilində bu xəstəliyi müalicə edəcəyinə söz verib. Borc taparaq, həmin pulu baş həkimə ödəyən ata Şıxəliyev bildirir ki, oğlu 25.06.2015-ci ildə yenidən əməliyyat olunub. Amma sonradan məlum olub ki, baş həkim sadəcə əməliyyat edib. «Bu əməliyyatın Ömərə heç bir xeyri olmadı. Çünki onun xəstəliyi sağalmadı. Əksinə, oğlumun durumu getdikcə ağırlaşmağa başlayıb».

Maraqlıdır ki, Vaqif Şıxəliyev də təsdiqləyir ki, «Uroloji Mərkəz» Klinikasından şikayətçi olanlara qarşı təzyiqlər edilir, təhdid olunurlar, hətta məsuliyyətə belə cəlb edilirlər.

Yayımlanmış videodakı Afiq Məmmədov isə sözügedən klinikada ötən il əməliyyat olunub. Özü də ona səhv diaqnoz qoyulubmuş. Başına gələnlərdən şikayətçi olan Məmmədovu isə klinikaya yaxın ərazidə yerləşən bölməyə aparıblar. Orada onu məsliyyətə cəlb edəcəklərini bildiriblər.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar