Polşanın sonuncu kommunist lideri general Voytsex Yaruzelski 91 yaşında dünyasını dəyişib. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Yaruzelski bir qədər əvvəl iflic keçirmişdi.
1985-ci ildən Polşa dövlətinə faktiki rəhbərlik edən Yaruzelski 1989-cu ildə Polşanın prezidenti seçilib. O, 80-ci illərin əvvəllərində anti-kommunizm siyasəti yürüdən fəhlə partiyasına qarşı mübarizə aparıb. 1981-ci ildə fəhlə partiyasının lideri Lex Valensa da daxil olmaqla partiya rəsmiləri və tərəfdarları həbs olunmağa başladı. Daha sonra hökumətə qarşı başlayan etiraz aksiyalarında yaranmış qarşıdurmalarda 100-dən çox insan öldü.
Hökumət son dönəmlərdə Yaruzelskini törətdiyi əməllərinə görə məsuliyyətə cəlb etməyə çalışırdı.