GÜNÜNƏ 12 MİN MANAT XƏRCLƏYƏN TALEH QARAŞOV NÖVBƏTİ HƏDƏF OLA BİLƏR…

6-03-2016, 23:27   


Martın 3-də Laçın və Cəbrayıl rayon icra hakimiyyətlərinin başçıları Prezident İlham Əliyevin Sərəncamı ilə tutduqları vəzifədən azad ediliblər. Ancaq bu kadr islahatının yüksək vəzifəli şəxslər tərəfində şərh edilməsindən aydın oldu ki, vəziyyət heç də hamının düşündüyü kimi deyil. Biz daha çox icra başçılarının rotasiya qaydasında dəyişdirilməsi xəbərini eşitməyə öyrəndiyimiz halda, vəzifədən çıxarılan hər iki icra başçısına heç bir vəzifə verilməməsi ilə yanaşı, onların yarıtmaz kadr olduğu barədə səslənən fikirlər bir qədər təəccüblə qarşılandı.

Əslində isə, təəccüblü heç nə yox idi. Çünki məhz həmin icra başçılarının yarıtmaz fəaliyyəti nəticəsində devalvasiyanı bəhanə edərək rayonlarda əhalinin etirazına səbəb olan suni qiymət artımları baş vermişdi. Həmin icra başçıları isə vətandaşları sakitləşdirmək əvəzinə, kameraların qarşısında onları söyüb təhqir etmişdilər. Bu baxımdan da, ölkə başçısının verdiyi qərar alqışa layiqdir. Prosesin davamlı olacağı gözlənilir. Çünki ölkə başçısının etimadını doğrultmağı bacarmayan icra başçılarının siyahısını iki nəfərlə qapamaq olmaz.

Azinforum.az xəbər verir ki, mövcud kadr dəyişikliyinin əsas səbəbini şərh edən Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcəkdir.

Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Buna görə də Laçın və Cəbrayıl rayonlarının icra hakimiyyəti başçıları da məhz elə o səbəbdən Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə tutduqları vəzifələrindən azad ediliblər. Onlar öz fəaliyyətlərini Azərbaycan Prezidentinin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər. Zeynal Nağdəliyev vurğulayıb ki, bu gün vəzifədən azad edilən icra başçıları amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər və nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzlarını itiriblər.

İki rayonun icra başçısı ilə bağlı müzakirələrin aparıldığı bir vaxtda ölkə başçısı növbəti harın əmələ yol verərək, özünü imperatorsayağı aparan Salyanın icra başçısı Tahir Kərimovu vəzifəsindən azad etdi.

Azinforum.az olaraq istərdik ki, Zeynal Nağdəliyevib sadaladığı mənfi parametrlərə öz fəaliyyəti ilə tam uyğun gələn daha bir icra başçısı barədə məlumat verək. Söhbət Lənkəranın icra başçısı Taleh Qaraşovdan gedir.

2016-cı ilin elə ilk günlərində Azərbaycanın bir neçə royonunda bahalaşma əleyhinə etiraz aksiyaları keçirildi. Lənkəranda keçirilən bahalaşma əleyhinə aksiya isə xüsusilə diqqət çəkdi. Burda insanlar təkcə bahalşama əleyhinə deyil, uzun illər onlar yığılıb qalmış problemlərinin həllini istəyirdilər. Məsələn etiraz akisyası ilə bağlı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilən Rüfət Quliyevin mətbuata açıqlamasından belə məlum olub ki, Lənkəranın Liman qəsəbəsində işşizlikdən əziyyət çəkən bir qurup insan uzun illər kommunal xidmət haqlarını ödəyə bilmədikləri üçün onların yaşadıqları mənzillərə qaz və işıq verlişi dayandırılıb.

Təbii ki, rayonlarda bütün bu cür neqativ halların baş qaldırmasında məsuliyyət icra başçıslarının üzərinə düşür. Səbəb isə onların korrupsioner hərəkətləridir. Taleh Qaraşova gəldikdə isə görünür icra başçısının başı eyş-işrət məclislərinə qarışdığından lənkəranlıların problemlərini unudub. Təsadüfü deyil ki, bir müddət əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun ağlasığmaz bədxərcliyinə dair ölkə mediasında sensasion məlumatlar yayılmışdı. Həmin məlumat bu günə kimi Taleh Qaraşov tərəfindən təkzib olunmadığı üçün, onun yenidən diqqətə çatdırılması lap yerinə düşər.

Həmin məlumatda deyilirdi ki, Taleh Qaraşov ötən ilin yay məzuniyyətini öz ailə üzvləri ilə birlikdə Çexiyanın məşhur Karlovı Varı kurort şəhərində keçirib.

Azərbaycandan gedən və aylıq maaşı 2 min manata yaxın olan bir məmurun xərclədiyi pulların məbləğinin yüz minlərlə dolları aşması faktı çexiyalı jurnalistlərin də diqqətini cəlb edib və onlar həmin informasiyanı haqqın.az saytı ilə bölüşüblər.

Məlumatda deyilir ki, T.Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) ötən ilin iyulun əvvəlində AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub. Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib.

Maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb. AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manat olub. Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 165000 manat xərcləyib.

Ailə üzvlərilə ilə istirahətdən qayıdan T.Qaraşovu təyyarənin trapında onu şəxsi avtomobili ilə qarsalayıblar.

Məlumata görə, icra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli «Carlsbad Plaza» otelində yerləşiblər. Bu oteldə bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Qaraşovlar ailəsi oteldə 6 otaq götürüblər. Yəni ailənin gündəlik otel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb.

Ailənin otel xərclərini hesablamaq çətin deyil. Amma bunu bilirsinizmi nə qədər xərclənib? 251 min dollar!

T.Qaraşovun Çexiyadakı digər xərcləri barədə danışmağa lüzum görmürük. Lakin Lənkəranın icra başçısına sual etmək lazımdır: o, bu qədər pulu haradan və necə qazana bilib ki, Karlovı Varıda üç həftənin içində yüz minlərlə manatı asanlıqla xərcləyib?

Belə fəaliyyətlə ölkə başçısının etimadını doğrultmaq olarmı? Təbii ki, yox. Təxmin etmək olar ki, yarıtmaz icra başçılarının vəzifədən azad edilməsi prosesinin davamı Taleh Qaraşovdan da yan keçməyəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.