Realmedia.az-ın ötən saylarında”Cəbrayılın icra başçısının xidməti avtomobili harda müşahidə kameralarına düşüb?“başlıqlı yazı dərc etmişdik.Yazı dərc ediləndən sonra dərhal Prezident Administrasiyasından reaksiya verildi.Bu dəfə isə Niyazi Bayramovun xidməti avtomobili reportyor.org-un kamerasına tuş gəlib. Budəfəki kadrlar Bakıda – Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən yolda çəkilib.
Sayt bildirir ki, Mingəçevir şəhər icra başçısının xidməti avtomobilində, salonda qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. Əl-qol hərəkətləri, ucadan oxudulan pop musiqi səsi, gülüş sədaları…
Məgər AA seriyalı xidməti avtomobili belə idarə edərlər?
Bir neçə gün əvvəl Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xidməti avtomobilinin saatda 180-lə hərəkət etdiyini əks etdirən video yayımlandı. Bu məsələ geniş əks- səda doğursa da, Dövlət Yol Polisi İdarəsi bu məsələnin üstündən sükutla keçdi.(avtosfer.az)
P.S.Gələn sayımızda həmin video görüntüləri sizlərə təqdim edib,və maşında musiqiyə xod verərək,sakinlərin rahatsızlığını pozan o,cümlədən İcra başcısının xidməti avtomabilində səs küy salan xanımın adı mətbuatda acıqlanacaq.Bizi izləməkdə davam edin.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.