Ağcabədi rayonundakı 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi və müavini rüşvət mexanizmi
Baş Dövlət Yol Polis İdarəsinin Ağcabədi rayonunda 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi Babək Mərdanovun “sürücü” vəsiqəsi alveri ilə bağlı ilginc informasiya daxil olub. Həmin məlumatda qeyd olunur ki, fevral ayında dolların manat nisbətən bahalaşmasından sonra 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsində sürücülük vəsiqələrinin qiymətləri xeyli qaldırılıb. Belə ki, əvvəllər Ağcabədi 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin B kateqoriyası üzrə sürücülük vəsiqəsi 500-600 manata başa gəlirdisə, artıq indi bu rəqəm 800-900 manata qədər artırılıb. Adının açıqlanmasını istəməyən şəxs bildirir ki, 6 saylı şöbədə sürücü vəsiqəsi biznesində qiymətlərin qalxmasının əsas SƏBƏBİ şöbə rəisi Babək Mərdanovla müavini Xaqani adlı şəxsin özlərinə dəbdəbəli villa inşa etmələri və yeni biznes qurmalarıdır. Hazırda Ağcabədi 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin şıdırığı «prava» alverinin getdiyini vurğulayan mənbənin məlumatına görə BC kateqoriyası üzrə sürücülük vəsiqələrinə görə tələb olunan məbləğ 900 – 1000 manat təşkil edir: «E kateqoriyasını əldə etmək isə həm çətin, həm də bir qədər baha başa gəlir.
Məlumatda qeyd olunur ki, “Babək Mərdanov əldə etdiyi milyonların sayəsində özünə böyük arxa güc yaratdığını hər dəfə açıq aşkar ətrafına deyir”. Şöbədə vətəndaşlarla sürücülük vəsiqəsi ALVERİNİ Babək Mərdanovun müavini Xaqani adlı şəxs həyata keçirir. Ağcabədi rayonundan olan Xaqanini hər kəs “pul kassası” kimi tanıyır.
Mənbə bildirir ki, Babək Mərdanovla Xaqani vətəndaşlardan aldıqları qanunsuz rüşvətin hesabına özlərinə dəbdəbəli həyat şəraiti qurublar. Şöbə rəisi ilə müavinin var dövləti bir neçə milyon manatlarla ölçülür. Dəyəri milyon manatla ölçülən bu qədər sərvəti şübhəsiz ki, şöbə rəisi ilə müavini məvacibləri hesabına əldə edə bilməzlər. Görünür Babək Mərdanovla müavini Xaqani sürücü vəsiqəsi üçün vətəndaşlardan aldıqları RÜŞVƏTİ sistemli şəkilə salaraq yaxşıca qazanc əldə edirlər.
Bildirək ki, Ağcabədi rayonundakı 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsi Ağdam, Beyləqan, Zərdab, Ağdərə, Şuşa, Xankəndi, Xocalı və Xocavənd rayonlarına xidmət göstərir. Babək Mərdanov və müavini Xaqaninin əldə etdikləri var dövlətlə bağlı araşdırmalarımız davam edir və yaxın günlədə daha geniş yazacağıq.
Qarşı tərəfin mövqeyinidə dərc etməyə hazırıq.
AJİOTAJ.AZ