“Şöhrət” ordenli Alı Alıyevin “mədəniyyət“ maxinasiyası

10-03-2016, 11:24   
“Şöhrət” ordenli Alı Alıyevin “mədəniyyət“ maxinasiyası
Füzulidən daxil olan məlumatda bildirilir ki, hazırda rayonun ən korrupsiyalaşmış büdcə təşkilatı olan Mədəniyyət və Turizm şöbəsi bir neçə məmurun əlində cəmləşib. Və həmin məmurlar bu şöbə vasitəsi ilə külli miqdarda vəsait silirlər.Məlumata əsasən Füzuli rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində 14 mədəniyyət evi, 8 kənd klubu, 43 kitabxana, 5 uşaq musiqi məktəbi, 2 incəsənət evi, 1 diyarşünaslıq muzey fəaliyyət göstərir və şöbədə 500-ə yaxın işçi çalışmaqdadır.

Məlumatlı mənbə bildirir ki, Füzuli rayon Mədəniyyət və Turizm Şöbəsi müdiri Elman Məmmədovun işi ancaq maliyyə əməliyyatları etmək, daha doğrusu saxta sənədlər əsasında dövlətdən şöbəninin fəaliyyəti üçün ayırılan vəsaitləri silməkdən ibarətdir. Yəni Füzulidə nə qədər axtarsalar belə mədəniyyət və turizm adına nəyisə tapmaq çox müşkül məsələdir.Yalnız Horadiz şəhərində diyarşünasliq müzeyindən başqa. Amma Elman Məmmədovun tərtib etdiyi sənədlərə nəzər salınarsa, mədəniyyət evlərinin, klubların, həmçinin kitabxanaların il boyu dayanmadan fəaliyyətdə olduğunu görmək olar. Halbuki 500 füzilil sakini arasında sorğu keçirilsə və onlardan Füzulidə kitabxananın, mədəniyyət evinin, klubun yerini soruşsalar, yəqin ki, hamı təəccüblə bir-birinin üzünə baxar.Amma buna baxmayaraq hər il Füzuli rayon Mədəniyyət və Turizm Şöbəsinə yüz min manatlarla vəsait ayrılır. İdarə müdiri baş mühasib və rayon Maliyyə idarəsinin müdiri ilə birləşərək il boyu həmin vəsaitləri sadəcə nəqdləşdirməklə məşğul olur və daha sonra həmin vəsaitlərin hara yoxa çıxdığını ancaq təxmin etmək olar.

Nəqdləşdirilən vəsaitlərin yerinə isə saxta sənədlər tikilir. Yəni Füzuli rayon Mədəniyyət və Turizm Şöbəsində bir neçə nəfər yüz minlərlə manatı bu qədər asan qazana bilirlər. Daxil olan məlumatda göstərilir ki, son 2 ildə Füzili rayon Mədəniyyət və Turizm Şöbəsində maliyyə maxinasiyaları müdir Elman Məmmədova yaxın bir şəxsə məxsus “KENZO-2014” MMC (130000 min manat), “Vüsal E-S” MMC ( 317000 min manat) vasitəsi ilə həyata keçirilir. Mənbə bildirir ki, təkcə 204-cü ildə Elman Məmmədov bu MMC-lər vasitəsi ilə 500 min manata yaxın vəsait silib. Saytımıza göndərilən səndələrdə qeyd olunur ki, keçən il “KENZO 2014” MMC-yə yüz otuz min manat (130000), “Vüsal E-S” MMC vasitəsi ilə üş yüz on yeddi min manat (317000) əməliyyatlar həyata keçirilib.

Ayrılan vəsaitlər isə öz növbəsində avadanalıqların, inventarların, dəftərxana ləvazimatlarının, maşın ehtiyyat hissələrinin alınması və digər xərclər adı altında sənədləşdirilib. Mənbə qeyd edir ki, Əhmədbəyli, Kürdmahmudlu, Aşağı Kürdmahmudlu, Babı, Kərimbəyli, Mollaməhərrəmli, Əhmədallar, Arayatlı, Bala Bəhmənli, Alxanlı, Sovucuq 1, 2, 3, 4, 5, 6, 7, 8 kənd və qəsəbələrində yerləşən mədəniyyət evləri, kitabxanalar, klublar sadəcə formal fəaliyyət göstərir. Belə ki, rayonun Alxanlı, Kürdmahmundlu, Əhmədallar, Arayatlı, Babı, Mollaməhərrəmli, və Sovucuq qəsəbələrindəki kitabxanalarda ən azı 2 işçi “ölü candır”. Kənd kitabxanalrınd adı gedən işçilərin əmək haqqları isə Elman Məmmədovla baş mühasibə çatır.

Bundan başqa məlumatda göstərilir ki, Horadiz şəhərindən başqa kəndlərdəki 7 klub demək olar ki, yox vəziyyətindədir. Mənbə qeyd edir ki, idarə müdirinin mədəniyyət evlərinin, kitabxanaların və klubların adına yazılan “ölü” canların adına verilən əmək haqqını baş mühasib vasitəsi ilə hər ay gizli şəkildə bankdan çıxardır. Bildirilir ki, Elman Məmmədov «ölü can»ların adına yazdığı maaşların hesabına ayda ən azı 4 min manata yaxın təmiz qazanc əldə edir.
Məlumatda qeyd olunur ki, Elman Məmmədov son 1 ildə formal olaraq fəaliyyət göstərən mədəniyyət evlərinin, klubların cari təmirinə təkcə 150 min manata yaxın vəsait silib. Bu vəsaitin ayrılama və silinməsi əməliyyatında sözsüz ki, rayon maliyyə idarəsinin müdiri Zaur Aslanovun “əməyi” danılmazdır. Çünki adı olub özü olmayan klubların, mədəniyyət evlərinin, kitabxanaların cari təmiri üçün ayrılan vəsaitlərin 10 faizinin məhz Zaur Aslanova çatdığı iddia olunur. Daxil olan məlumatda qeyd olunur ki, Elman Məmmədov keçən il həyata keçirdiyi 450 min mantalıq maxinasiyadan qazandığı xeyrin 50 fazini rayon icra başçısı Alı Alıiyevə verib.Çünki icra başçısı rayon Mədəniyyət və Turizm şöbəsində baş verən maliyyə maxinasiyalarından birbaşa xəbərdardır və Elman Məmmədova bütün mənada dəstəyi Alı Alıyev verir. İcra başçısının ayda Elman Məmmdovdan 3 min manat haqq aldığı deyilir. Qeyd edək ki, saytımıza Füzuli rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elman Məmmədovun 450 minlik maxinasiya sənədləri göndərilib və həmin məlumatları araşdırdıqdan sonra yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.sonolay.org

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

PS.Qeyd edək ki, Füzuli rayon icra başçısı Alı Alıyevin keçmiş təhsil şöbəsinin müdiri Almaz Haşimovanı niyə qorumasını və icra başçısını harda neçə mebel sexinin olması va sair digər məsələlərlə bağlı AzFakt.com-a ilgic məlumatlar daxil olub.Həmi məlumatları yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.