Lənkəranın icra başçısı Taleh Qaraşovun oğluna məxsus «REFAXTOR» MMC-lə Ağamirzə Ağayevin ortaq biznesi üzə çıxıb
Lənkəranın Nərimanabad qəsəbəsinin əhalisi rayonun ən aktiv insanları sayılırlar. Onlar zərurət olduğunda etiraz edir, aksiya keçirir, sözlərini deyirlər. Hələ bir müddət əvvəl bu qəsəbənin sakinləri bahalaşmaya qarşı etirazlarını bildirən ilk yaşayış məntəqəsi olmuşdu.
Lakin bütün bunlara baxmayaraq, Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin rəhbəri Ağamirzə Ağayevin dünyayi-aləm vecinə deyil. Elə bu səbəbdəndir ki, cənab Ağayevin gözü ancaq pulu görür, başqa bir şeyi görmür.
Belə ki, ötən il qəsəbəyə ayrılmış 75 min manatdan artıq vəsaitin də məhz icra nümayəndəsi tərəfindən talan edildiyi xəbəri yayılıb. Həmin xəbərlərdə deyilir ki, Ağamirzə Ağayev bu pulların 7732 manatını cari təmir işləri adı altında silməyə nail olub. Binaların təmiri işlərinin satın alınması adı altında silinən pulun məbləği isə 14872 manat təşkil edib.
Ağayevin gördüyü işlər sırasında inventarların satın alınması da var ki, bu məqsədlə ayrılmış 17475 manatın aqibəini bilən yoxdur. Həmçinin əsaslı təmir işləri adı altında silinmiş 10550 manatın da taleyini soruşan yoxdur.
Nərimanabadın icra nümayəndəsi bunula da kifayətlənməyib. O avadanlığın alınması üçün ayrılmış 8552 manatı, digər alışlar üzrə satınalmalar adı altında 6990 manatı, eləcə də dəftərxana ləvazimatının satın alınması üçün ayrılmış 10931 manatı da bu yolla həzmi rabedən keçirib.
İşin ən qəribə tərəfi ondan ibarətdir ki, Nərimanabad qəsəbəsində adları sadalanan bütün işlərin icraçısı kimi «REFAXTOR» MMC-nin adı çəkilir.Saytımıza çatan bəzi məlumatlara görə, bu MMC Taleh Qaraşovun oğluna məxsusdur və rayonda bir çox tenderlərin qalibi də məhz onlar elan edilirlər.
Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq(Politika.Az)