Keçmiş millət vəkili, hazırda Almaniyada mühacirət həyatı yaşayan Hüseyn Abdullayev anasını yanına gətirib. Bu barədə anaxeber.info-a daxil olan məlumata görə, bu, hakimiyyətlə Hüseyn Abdullayev arasında anlaşmadan sonra baş tutub. İddia olunur ki, Hüseyn Abdullayev anasının ölkədən buraxılmasının əvəzində Heydər Əliyev Mərkəzinin ərazisinə düşən, amma faktiki olaraq ona məxsus olan torpaq sahəsindən imtina edib. Bundan sonra keçmiş deputatın anası Azərbaycandan Gürcüstana, oradan isə Almaniyaya gedib. Onun geri qayıtmayacağı bildirilir.
Qeyd edək ki, Hüseyn Abdullayevlə hakimiyyət arasında münasibətlər pozulandan və keçmiş deputat ölkəni tərk edəndən sonra onun valideynləri barədə cinayət işi başlanmışdı.