Alı Alıyev niyə qorxuya düşdü?-İLGİNC TƏFƏRRÜAT
İcra başçısı oğlunun adına olan avtomobilləri başqasının adına keçirib, fermasını isə Qaradağa köçürüb
Sonolay.org saytı Füzulinin icra başçısı Alı Alıyevlə bağlı yeni məlumatlar yayıb. JAM.AZ sayta istinadən xəbər verir ki, sözügedən icra başçısı özü və oğluyla bağlı yazılanlardanb sonra ciddi narahatlıq keçirməyə başlayıb.
Belə ki, Alıyev indidən tədbir görərək, oğlunun adına olan iki bahalı maşını başqasının adına keçirtdirib. Sayt yazır ki, “Gallenvagen” və “Prado” markalı maşınları başqasının adına keçirən ata Alıyev, oğluna da göstəriş verib k, bir müddət Bakıdakı əyləncələrini dayandırıb, rayona qayıtsın.
Sonolya.org daha bir maraqlı xəbər yayıb. Həmin xəbərdə deyilir ki, bu yaxınlarda ictimai nüfuzu olan şəxslərdən biri Füzulinin icra başçısıyla görüşüb. “Görüş zamanı həmin şəxs Alı Alıyevə oğluyla bağlı məsələləri irad tutub və bunun artıq idarəolunmaz hala gəldiyini bildirib. Maraqlıdır ki, icra başçısı etiraf edib ki, oğlu Elvin Alıyevin bir zamanlar ətrafı yaxşı olmayıb. Hətta həmin ətrafda narkomanlar da üstünlük təşkil edirmişlər. Lakin sonradan oğlu onlardan ayrılıb”.
Sayt onu da iddia edir ki, Alı Alıyev hazırda Bakıda, 6-cı mikrorayon ərazisində özünə dəbdəbəli villa tikdirir. “Əldə etdiyimiz məlumata görə, həmin villanın inşaası icra başçısına bir neçə milyon manata başa gələcək”.
JAM.AZ xəbər verir ki, Alı Alıyev cəbhə xətyində durumun pisləşmə səbəbindən Füzulidəki biznesini də rayondan çıxarmağa başlayıb. Sonolay.org-un yazdığına görə, Haramı düzündə 4000 baş qoyun saxlatdıran icra başçısı fermasının artıq oradan çıxarıb. “Alıyevin ferması artıq Qaradağ rayonu ərazisinə köçürülüb. Məqsəd fermanın təhlükəsizliyini təmin etməkdir”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.