“Deluxe” oteldə priton qaydaları-video

21-04-2016, 09:03   


Bakıda türk iş adamı Ali Altınterimin “Deluxe” otelinin pritona çevrilməsi haqda şok iddialar var. Şəhərin Nərimanov rayonu, Həsən Əliyev 119 ünvanında yerləşən otelin əxlaqsızlıq yuvası kimi istifadə olunduğu bildirilir. daha çox müştəri cəlb etmək məqsədi ilə bütün otelçilik qaydalarını ayaq altına alıb. Otelə təşrif buyuran müştərilərdən və onlarla gələn xanımlardan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmir.
Bundan başqa türkiyəli iş adamı vergidən yayınmaq üçün bütün biznes planlarını azərbaycanlı bir xanımın adı ilə həyata keçirir. Bu barədə gələcək araşdırmalarımızda geniş məlumat verəcəyik.Hüquq-mühafizə orqanlarının oteldə araşdırma aparması üçün zərurət yarandığı deyilir.rr
Paytaxtın mərkəzi hissəsində yerləşən 36 otaqdan ibarət bu lüks otel sabiq təhsil naziri Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirova məxsusdur. Otel türkiyəli iş adamına aylıq 25 min manat qarşılığında kirayə verilib. Allahverdi Dəmirov paytaxtda saysız-hesabsız mülklərə sahibdir. Təkcə “Texnikabank” ASC-nin 4,9 faiz səhmləri sabiq nazirin xalası oğluna məxsusdur. Allahverdi Dəmirov əvvəllər Misir Mərdanovun dəstəyi ilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəhbəri olub.
Həmin vaxtlarda o, nazirliyin tikinti layihələrinə cavabdeh olub və barəsində ciddi korrupsiya iddiaları mövcuddur. A.Dəmirov 2011-ci ildə işdən çıxarılıb. Onun Təhsil Nazirliyində korrupsiya işi üzrə Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dəfələrlə dindirildiyi haqda xəbərlər yayılmışdı.
Onu da qeyd edək ki, Ali Altınterim bundan əvvəl “Ramada Plaza Gəncə”, “Ambassador Hotel Baku”, “The Crown Hotel”, “Ramada Baku”, “Shah Palace”, “Sirvan Hotel”, “Sakit gol”, “Sheki Palace” kimi otellərdə çalışıb.(vizual.az) Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar