Ədalət Muradov Şəmsəddin Hacıyevə rəhmət oxutdurur.
Ədalət Muradov Şəmsəddin Hacıyevə rəhmət oxutdururİqtisad Universitetində alver göz çıxarır, tələbələr isə oxumaq yerinə, aylıq ödəməyə üstünlük verirlər
Azərbaycan Dövlət İqtisad Universitetində alver göz çıxarmağa başlayıb. Politika.Az xəbər verir ki, yeni rektor Ədalət Muradov ilk gəldiyində bəzi məsələlərə çəki-düzən verməsinə rəğmən, sonradan kursu tamamilə dəyişməyə başladı.
Qeyd edək ki, xarici təşkilatlarla görüş, bir xeyli təşkil olunmuş tədbirlərin, hansısa proqramların reallaşdırılması kimi işlərin hamısı şoudan başqa bir şey deyil. Ədalət Muradovun başlıca məqsədi bu görüntülərlə bəzi dairələrin gözünü boyayıb, sonra da yığım prosesinə start vermək imiş.
redaksiyamıza verilən məlumatda vurğulanır ki, Ədalət Muradov artıq tələbələrdən pul yığılmasından tutmuş, onlardan dərsə gəlməmələri müqabilində aylıqların alınmasına qədər hər bir işi görməkdədir. Bəzi məlumatlara görə, dekanlara bununla bağlı qəti təlimat verilib və oxuyan və ya oxumayan tələbədən belə pul alınmasının zəruriliyi çatdırılıb. Əks təqdirdə, həmin tələbəyə görə nəzərdə tutulmuş pulu müəllimlər ödəməli olacaqlar.
Bildirək ki, Ədalət Muradovun yaratdığı yeni sistemdən sonra nəinki tələbələr, hətta müəllimlər də keçmiş rektor Şəmsəddin Hacıyevin atasına rəhmət oxumağa başlayıblar. Ona görə ki, Hacıyevin dövründə belə bu cür sərt qaydalar tətbiq olunmamışdı. Demək olar ki, aparıcı fakultələrdə təhsil alan tələbələr belə dərsə gəlmək yerinə, aylıq pul verməyə daha çox üstünlük verirlər. Çünki oxumağın onlar üçün faydalı olmadığını düşünməyə başlayıblar. Həmçinin yekunda imtahana verəcəkləri pulun miqdarı aylıq ödənişlərin ümumi həcmindən daha çox çıxır.
Bundan başqa, ADİU-da yerlipərəstlik məsələsi də qalmaqala səbəb olub. Bəzi bölgələrdən olan müəllimlər artıq işdən çıxarılıb, bəziləri isə işdən çıxmaları üçün təzyiq edildiyini deyirlər. Bununla bağlı növbəti yazımızda geniş bilgi verəcəyik.