Rəşad Salmanovun icra başçısının köməçkisinə güvəni onu «məğlubedilməz» edib
Məlumdur ki, bir çox iri məmurlar bəzən adi həqiqətləri dilə gətirərək, onu ictimaiyyətə açıqlayırlar. Məsələn, bir müddət əvvəl «Qaçqınkom» sədri Əli Həsənov mətbuata verdiyi açıqlamasında bəzi məmur övladlarının narkomaniyaya qurşandığını vurğulamışdı. Həmin vaxt mətbuat həmin narkomanların kimliyini araşdırmağa çalışsa da, buna nail ola bilmədi.
Amma bəzən təkcə məmur övladlarının deyil, elə məmurların özlərinin də narkomaniyaya qurşandığı iddiaları gündəmə gəlir. Haqqında mənfi söz-söhbətlər gəzən belə bir məmurlardan biridə Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəşad Salmovdur.
AzFakt.com bununla bağlı xəbər yaymışdı ki, Facebookda Cəlilabadım adlı səhifədə Cəlilabad rayon sakini Nazim Əşrəfov adlı istifadəçi Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevə Rəşad Salmanov barəsində ilginc müraciət ünvanlayıb. Həmin müraciətdə şöbə müdirinin narkoman olması ilə bağlı məlumat verilir.
Nazim Əşrəfov müraciətində belə yazırdı: «Cənab Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev. Sizin Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri təyin etdiyiniz Rəşad Salmanov vaxtı ilə narkotik aludəçisi olub. Hətta bir vaxtlar rayon hüquq mühafizə orqanları narkotik istifadəsinə görə Rəşad Salmanovu həbs etmişdilər. Lakin həmin vaxt şöbə müdiri yaxın qohumlarının köməkliyi ilə vəziyyətdən qurtula bildi. Bu gün sizin rəhbərlik etdiyiniz qurumun rayon şöbəsinə rəhbərlik edən Rəşad Salmanov dövlət büdcəsini dağıtmaqla özünə yaxşı var dövlət yığır. Şöbə müdiri dövlət vəsaiti hesabına imkanını artırdıqca köhnə vərdişinə qayıtmağa başlayıb. Pula pul deməyən Rəşad Salmanov yaxın dostları ilə birlikdə yenədə kef məclislərində narkotik vasitələrindən istifadə edir».
Politika.Az xəbər verir ki, bu yazını yayımlayan tərəf Azfakt.com saytıdır və bu səbəbdən də məsuliyyət onun üzərindədir. Amma idarənin müdiri Rəşad Salmanov yazdığımız yazıların şərh bölümündə dolayısı ilə təhdidvari dildə danışaraq, «Məhkəmədə görüşərik» sözlərini yazır.
Qeyd edək ki, Rəşad Salmanovun narkoman olub, olmadığını iddia etmək bizə düşməyən məsələdir. Onun haqqında bu iddianı gündəmə gətirən tərəf də biz deyilik. Amma yekunda hədələnin bizik ki, bu da başadüşülən deyil.
Aydın məsələdir ki, Rəşad Salmanov mahiyyət etibarı ilə çalışdığı sahədə uğur qazanmayan biridir. Onun səriştəsizliyi və bacarıqsızlığı rəhbərlik etdiyi sahədə aşıb-daşan problemlərdən də məlumdur. Politika.Az xəbər verir ki, Cəlilabad Mədəniyyət və Turizm şöbəsində baş verən neqativliklər də bundan xəbər verir.
Qaldı Rəşad Salmanovun kimə güvənməsinə bildirək ki, o, icra başçısının köməkçisi Malik Şərbətovun yaxınıdır və bu vəzifəyə də məhz onun sayəsində gəlib. Malik Şərbətov Cəlilabadda olduqca «qaranlıq fiqur» olaraq tanınır. Onun hətta icra başçısı Əziz Əzizova qarşı iş apardığına dair də məlumatlar var. Həmin məlumatlara görə, köməkçi bir çoxlarını icra başçısından narazı salıb.
Politika.Az-a verilən məlumata görə, Rəşad Salmanov da belə bir adamın əliylə vəzifəyə gəlib və özünü çox arxayın hiss edir. Həmçinin o, icra başçısından çox Malik Şərbətovu özünün ağsaqqalı olaraq qəbul edir.
Qaldı məhkəmə məsələsinə, təbii ki, Rəşad Salmanovun belə bir hüququ var. Özü də müstəsnadır. Sadəcə, o, ünvanı səhv salıb. Bu məsələdə konkret mənbə var və adı da açıqlanıb. Salmanovun başlıca vəzifəsi həmin şəxsin kimliyini müəyyənləşdirib, onunla hüquqi müstəvidə mübarizə aparmaqdır.