Ehiyyatda olan hərbçi, Azərbaycan Ordusunun zabiti Vasif Eyvazovla Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov arasında məhkəmə qalmaqalı davam edir.
Savash.org bildirir ki, bu barədə Arqument.Az-a Vasif Eyvazov şikayət məktubu ünvanlaan V. Eyvazov yazır ki, baş verənlərlə bağlı Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğa müraciət edib:
"DİN-in katibliyindən gələn məktubda mənə xəbər verilir ki, ərizəm baxılması üçün Ağdam rayon polis şöbəsinə göndərilib. Həmin ərizənin bir surəti Baş Prokrorluğa çatsa da hələ ki, ordan bir cavab almamışam. Amma əminəm ki, orada da ərizəmdə göstərilən faktları araşdırmaq üçün lazımi tədbirlər görüləcək.
Mən DİN-ə və Baş Prokrorluğa göndərdiyim ərizələrdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Məmmədov Raqubun açıq-aşkar cinayət əlamətlərindən yazmışam. Məmmədov Raqub Konsitutsiyanı, qanunu pozaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənim ailə tərkibim haqqında məlumat toplamışdır. Əvvəlki yazılarımdam xəbəri olanlar bilir ki, Məmmədov Raqub mənim qanunla nəzərdə tutulmuş, sonradan məhkəmə qərarıyla bir daha təsdiq edilmiş imtiyazlarımı almağa süni əngəllər törədir. Özümə qarşı cinayət işi qaldırmağa cəhd edib, baş tutmayanda indi də guya şər-böhtan atdığımı, şərəf-ləyaqətini ləkələdiyimi bildirərək mülki iddia qaldırıb.
Raqub Məmmədovdan DİN və Baş prokurorluğa şikayə edildi: HƏRBÇİ İCRA BAŞÇISINI "YAŞ YUYUB, QURU SƏRDİ"Çox təəccüblüdür - düz, 1 il bundan əvvəl çıxarılmış məhkəmə qərarını yerinə yetirmədiyi halda, icra başçısı məhkəməyə müraciət edir ki, Eyvazov Vasifin "guya mən məhkəmə qərarını yerinə yetirmirəm" sözləri böhtandır?!
Mən İcra məmurunun qərarının surətini burada yerləşdirirəm, oxuyun özünüzə bir sual verin, əgər məhkəmə qərarı yerinə yetirilsəydi, məcburi icraya nə ehtiyac olardı? Ağdam rayon İcra şöbəsinin rəisinin məktubunu da oxuyun və icra üçün verilmiş müddətə diqqət edin, əks təqdirdə qörülə biləcək cəza tədbirlərinə diqqət edin və bir anlıq təsəvvür edin: yaxasında önlük, əlində süpürgə, başında qəzetdən panama Məmmədov Raqub 240 saat içtimai işə məhkum olub İcra Hakimiyyətinin qarşısını süpürür. Necədi sizin üçün? Əlbəttə, kimsə deyə bilər ki, belə cəzalar məhkəmə qərarını qəsdən yerinə yetirmədikdə verilir, və ya mənzil fondu yoxdursa, pul yoxdursa, Məmmədov Raqub öz evin sənə verməlidi, yoxsa cibindən çıxarıb pul verməlidir?
Məsələnin qəlizliyi və cavabdeh tərəfin hərəkətlərinin səviyyəsizliyi əslində elə bu məqamda əksini tapır. Məsələ burasındadır ki, bu məsələnin həlli üçün, məhkəmə qərarının yerinə yetirilməsi üçün Məmmədov Raquba nə mənzil fondu, nədə pul lazımdır. Məmmədov Raqub qanunda bu işi yerinə yetirməyə cavabdeh olan icra başçısı kimi Maliyyə Nazirliyinə bu məqsədlə mənzil fondunun yaratmaq üçün vəsait ayırmaq haqqında müraciət etməlidir.
Raqub Məmmədovdan DİN və Baş prokurorluğa şikayə edildi: HƏRBÇİ İCRA BAŞÇISINI "YAŞ YUYUB, QURU SƏRDİ"İstəyirsiz inanın, istəmirsiz qanunu açıb baxın, könlünüzdən keçirsə pirə gedək and içim. Ortaya bir əmma çıxır, əgər iş belə sadədirsə, Məmmədov Raquba nə düşüb ki, məhkəmələrə çıxmağa, internet məkanın ulduzuna çevrilməyə razıdır, amma bir vərəq kağızı yazıb göndərməkdə inadkarlıq edir. Bu sualın cavabını insan pisixologiyasının dərinliklərində axtarmaq lazımdır. Bəlkə, Məmmədov Raqub göstərmək istəyir ki, dövlət nədir, məhkəmə nədir, qanun nədir, söz mənim sözümdür? Bəlkə, bu sadə qanuni və lazımi addımı atmağa ona mənə qarşı şəxsi qərəzliyi mane olur. Fikirləşir ki, sağlamlığın itirib - cəhənnəmə itirsin, vətənə qulluq edib - cəhənnəmə etsin, səngərdə yatıb - qara yola yatsın, gəlib mənə baş əyib, diz çökməyincə ona heç nə vermərəm?
Qaranlıq məsələdir, amma hər halda dəqiqi budur ki, bu haqq işinin əngəllənməsi yalnız Məmmədov Raqubun şəxsiyyəti ilə bağlıdır. Elə DİN-ə və Baş Prokrorluğa göndərdiyim ərizələrdə qaldırdığım məsələ də şəxsiyyətlə bağlı məsələdir. Məmmədov Raqub məni böhtançı kimi məhkəməyə verəndə birbaşa tabeçiliyində olan ərazi nümayəndəliyindən mənim ailə tərkibim haqqında arayış alıb (məlumat toplayıb) məhkəməyə təqdim edib.
Əvvala, onun mənim sərəncamım və etibarnaməm olmadan belə bir arayış almaq ixtiyarı yoxur, ikincisi məhkəmənin belə bir arayışa ehtiyacı yoxdur, üçüncüsü bu qanunla qorunan huquqlarımın pozulmasıdır. Butun bunları nəzərə alaraq məm bu hərəkəti özümə və ailəmə qarşı təhtid kimi qəbul edirəm. Hesab edirəm ki, Məmmədov Raqub bununla mənə gizli mesaj göndərir, demək istəyir ki, çox da özünə, qanuna, dövlətə arxayın olma, özünü müdafiə edə bilməyən körpəndən xəbərim var, yaşa və qorx!
Raqub Məmmədovdan DİN və Baş prokurorluğa şikayə edildi: HƏRBÇİ İCRA BAŞÇISINI "YAŞ YUYUB, QURU SƏRDİ"Mən hərbi təhsil və tərbiyə almışam, eyhamla, işarə ilə danışmağı bacarmıram, odur ki, açıq- aydın birmənalı cavab verirəm: qorxuda bilməzsən! Mənə, yaxınlarıma, qohumlarıma nəsə etməklə yolumdan döndərə bilməzsən, hər belə addımın həmin dəqiqə ictimayətə və hüquq - mühafizə orqanlarına çatdırılacaq, və necə deyərlər, adekvat cavab alacaqsan.
Aprelin əvvəlində cəbhədə vəziyyət gərginləşəndə Məmmədov Raqubun rayondakı vəziyyət barədə bir neçə müsahibəsin oxudum. İki şey diqqətimi cəlb etdi.
Əvvala, müsahibənin məzmunu. Rayondakı vəziyyəti qısa, konkret rəqəmlərlə, faktlarla təsvir edən Məmmədov Raqub hara, məhkəməyə hər dəfə eyni məzmunlu, başdangetdi, bayağı cavablar göndərən Məmmədov Raqub hara. İkincisi həmin müsahibədəki fotodan baxan üz-gözundən yorğunluq yağan, yuxusuzluqdan gözləri qızarmış, bu ağır günlərdə camaatın arasında olan Məmmədov Raqub hara, qanuna, məhkəmənin qərarına laqeyid qalan, haqqının davasın edən hərbiçiyə meydan oxuyan Məmmədov Raqub hara...
Qədim roma mifalogiyasında ikiüzlü Yanus adlı ilahə olub. Əslində giriş-çıxış, qapılar ilahəsi olan Yanus sonralar ikiüzlülük, riyakarlıq rəmzinə çevrilmişdir. Nədənsə yuxarıda dediyim fotolara baxdıqda həmin Yanus yadıma düşür. Və məndə böyük bir sual yarandı: görəsən, bu günlər Məmmədov Raqub yaralı əsgər və zabitlərə baş çəkibmi? Əgər baş çəkibsə, onları görəndə nə fikirləşib-onların qəhramanlığı ilə fəxr edib, yoxsa sabah onlarında öz imtiyazları ilə onun zəhləsin tökəcəklərindən nigaran olub".
Qeyd edək ki, bir müddət öncə Ağdam rayon sakini, Azərbaycan Ordusunun ehtiyatda olan zabiti Vasif Eyvazovun üzləşdiyi problemlə bağlı göndərdiyi müraciətini dərc etmişdik. Həmin müraciətdə ehtiyatda olan zabit bildirmişdi ki, icra başçısı Raqub Məmmədov dövlət tərəfindən ona ayrılan mənzilin verilməsində əngəl törədir. Zabitin iddialrından sonra icra başçısı onu "şərəf və ləyaqətini ləkələdiyi üçün" məhkəməyə verib. Hazırda zabitlə icra başçısı arasında məhkəmə çəkişməsi davam edir.