Cənab Prezident, M.Vəliyevin Zakir Fərəcov və Sevindik Hətəmova güvənərək Laçında korrupsiya şəbəkəsi yaradıb

1-05-2016, 18:46   


Laçın təhsil şöbəsində hər ayın axrında məktəb direktorlarından hesab yığlır.Təhsil şöbəsinin müdri Malik Vəliyev ele bir sağlam korrupsiya şəbəkəsi yaradıb ki, təhsil şöbəsindən çıxmasına baxmayaraq yenədə aylıq hesabı yığlır.

Direktorlar M.Vəliyevin aylıq qoyduğu məbləği düzəltmək üçün məcbur qalıb fəaliyyəti olmayan elmi dərnəklərdəki dərs saatları ,sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ-gələ saxta sənədlər düzəldərək fərdi dərs saatları yazmaqla və s. hesabına qoyulan dasqını düzəldirlər.Bunu bacarmayan direktorlar etiraz etmədən vəzifəsi ilə vidalaşmalı olurlar. Hamı bilir ki, M.Vəliyevə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov və Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov daydayılıq edir . Onun haqqında dövlət orqanlarına şikayət etmək mənasızdı, bir telefon zənginə işi bağlayır.

Cənab nazir Laçın rayonunda 120-dən çox ümumtəhsil məktəbləri var.Bu məktəblərin heç 60-da normal tədris yoxdur.anaxeber.info olaraq bildiririk ki, M.Vəliyev bir çox məktəblərin partalarına kimi də satdırıb,məktəblərin əksəriyyəti də tədrisə yararsız vəziyyətdədi, çünku bu məktəblərin zəruri və əsaslı təmir- bərpa işlərinə ayrılan 100 000 manatlarla vəsaitin heç bir manatı da bu sahəyə xərclənməyib.M.Vəliyev Laçın rayon maliyyə şöbəsi ilə əlbir olaraq saxta sənədlər düzəldərək bu pulu dədə malı kimi mənimsəyiblər.

Cənab nazir şəxsi rəhbərliyiniz altında komsiya yaradıb, araşdırma aparsanız bu faktların əyani şahidi olarsız.

M.Vəliyevin Laçın təhsil şöbəsinin başına açmadığı oyun qalmayıb. Diplomu olmayan düzgün yazıb- oxumağı bacarmayan şəxsləri yüksək məbləğdə rüşvət qarşılığında hərbi biletlə hərbi-hazırlıq müəllimi götrüb, bu fakt kütləvidi.Torpaqları işğal altında olan bir rayon üçün əsil faciədi bu.

M.Vəliyevin hədəfi Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Xocavənd rayon təhsil şöbələrini də Laçın təhsil şöbəsi kimi korrupsiya yuvasına çevrməkdi.
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.