Tahirə xanımın adı gələndə adamın əlinin içi qaşınır. Bilirsən ki, pul gedəcək. Kişinin qızına halaldı ey. Alır sonra doğuzdurur. Necə deyərlər, yeni qaydalara əsasən həm arvad doğur həmdə kişi. Malades vallah. Bu Tahirə xanımdan yazanda ağlıma bir cızmaqara şer fason şey gəldi. Qoy yazım sizdə ouxuyun.
Görməsəm də olar,eşidim axar.
Mən görə bilməsəm görənlər baxar.
Böyrəyimi çıxar,gözümü çıxar,
Həkim,qurban olum,cibimə dəymə.
Hər bir qadın üçün ana olmaq və doğma körpəsini dünyaya gətirmək ən gözəl duyğu, ən böyük xəzinədir. Ailəyə sevinci bəxş edən bu önəmli hadisəyə hamılıqla ciddi yanaşmalı və ananın sağlam övlad dünyaya gətirməsi üçün çalışmalıdır. Doğuş üçün xəstəxananın və təcrübəli həkimin seçilməsi ana və körpənin sağlamlığı üçün vacibdir. Bununla yanaşı bu prosesin maliyyə tərəfi də hər kəsi düşündürür.
Düşündürür, özü də düşündüyünüzdən də çox. Bu gün səhiyyəmizdə bu qədər inkişaf, dövlətin ayırdığı maliyyə, yazdığı qanunlar yalnız kasıbları düşündürür. Varlı təbəqə onsuz da ucuz ətin nə şorbası deyib pullu özəl klinikalara üz tuturlar. Kasıblar isə dövlətimizin gözəl qanunlarından yararlanacaqları sevinciylə dövlət xəstəxanalarına müraciət edirlər, lakin, sevincləri ürəyində qalır.9 ay övladını dünyaya gətirəcəyinin arzusuyla yaşayan anaya doğum evinin qapısındaca pulun var buyur, yoxdusa, çıx get deyirlər. Axı hara getsin bu ana?! Axı bu ana dövlətimiz üçün yararlı, sağlam övlad dünyaya gətirməlidir və buna görə də dövlət siz həkimlərə hər cür şərait yaradır, maaş verir.
Redaksiyamıza Daxil olan şikayət də elə bu mövzudadır. Şikayətçimiz ana olmaq üçün Yevlaxdan Bərdəyə gələn Kübrə xanınım həyat yoldaşı Sakit bəydir. O, Bərdə rayon Mərkəzi doğum xəstəxanasında baş verən özbaşınalıqdan, və onlara qarşı edilən haqsızlıqdan danışıb: “Bərdənin Doğum evində sözün həqiqi mənasında bazar açılıb. Rayonda ana olmaq istəyənlər Doğum evinə müraciət etdiklərində peşmanlıq keçirirlər. Buna səbəb sözügedən qurumun işçilərinin elə qapının ağzındaca övlad dünyaya gətirmək istəyənlərdən pul tələb etmələridir. Tələb olunan məbləğ əsasən 500 manatdan başlayır. Ardından isə tibb bacılarına hörmətlərin edilməsi, müxtəlif adlar altında pulların alınması prosesinə start verilir”.
Şikayətdə qeyd edilir ki, Doğum Evinin müdirəsinin qoyduğu qaydalara əsasən daxil olan xəstələrdən əvvəlcə pul tələb olunur. Xəstənin sağlamlıq vəziyyətinin isə hansı həddə olmasının burada heç bir əhəmiyyəti yoxdur. Ona görə ki, pul verməyən şəxsləri qapıdan içəri belə buraxmırlar.
Şikayətçinin qaynanası Leyla xanım deyir ki, bura əsl rüşvət bazarıdır. Pulun varsa doğ, yoxdusa çıx get deyirlər. Burada adamın qanını içməsələr əl çəkmirlər. Belə qaniçən həkimlərdən biri Tahirə həkimdir. Doğum şöbəsinin müdiri Tünzalə xanım, baş həkim Rəna xanım da ondan geri qalmır. Hətta uşağa doğum haqqında şəhadətnaməni 15 manatdan aşağı qiymtə vermirlər.
Şikayətçinin sözlərinə görə, sözügedən xəstədən doğuş üçün 500 manat istənib. Xəstə əvvəla bu qədər pulunun olmadığını, üstəlik vəziyyətinin yaxşı olmadığı üçün qeysəriyyə əməliyatı edilməli olduğunu deyib. Bu sözlər həkimləri daha da qıcıqlandırıb və ” Siz nə danışırsız, qeysəriyyənin qiyməti 700-800 manatdır və bir qəpik də düşməyəcəyik!” deyə hamiləyə və yaxınlarına bildirib. Lakin, “Dinsizin öhdəsindən imansız gələrmiş” doğrudan da. Xəstənin yaxınlarının arasında dövlətin qanunlarından xəbərdar olan bir nəfər irəli durur, həkimə polis çağıracağını, xəstənin hüquqlarını xatırladınca, həkim sözlərini geri götürməli olur. Və xəstəni qəbul edirlər.
Xəstəxanada özbaşınalıq o qədər hökm sürür ki, hətta şikayətdən sonra xəstəxanaya şəxsən zəng vurub xəstənin vəziyyəti və baş verənlər barədə açıqlama istəyən jurnalist Elxan Əhmədova ” sizə nə var”- deyə cavab veriblər və məlumat verməkdən yayınıblar.
Hörmətli həkimin nəzərinə çatdırmaq istərdik ki, əvvəla bir vətəndaş kimi, sonra isə mediya nümayəndəsi kimi bizim haqqımız var xəstəmizin halıyla və başına gələcəklərlə maraqlanmaq. Hərçənd ki bu sizi daha çox maraqlandırmlı, dünyaya sağlam övlad gətirməsi üçün hər bir anaya yardım etməlisiniz.
Məlumata görə Bərdə rayonunda bu yaxınlarda başqa xəstə də haqsızlıqla üzləşib. Belə ki, Yevlax rayon Duzdağ qəsəbəsinidən xəstəxanaya müraciət edən xəstədən əvvəlcə pulu alıblar, lakin xəstənin ağır vəziyyətdə olduğunu görüb, özlərinin bacarmayacaqlarını anlayıb onu şəhər xəstəxanasına göndəriblər. Halbuki xəstə vaxt itirmədən elə əvvəlcədən göndərilməliydi.
Ümumiyyətlə Bərdə rayonunda xəstəxanalar yeyinti mərkəzinə çevrilib. Hətta xəstəxanaya ayrılan iynə, bint, pambıq da yoxa çıxır.
Belə ki, ötənlərdə təmas xəttində baş verən gərginlik zamanı yaralanmış hərbiçilərimiz Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərkən çətinliklərlə qarşılaşıb. Xəstəxanada bint və digər lazımi avadanlıqlar yoxa çıxıb. Xəstənin yaxınları deyəndə ki, hanı dövlətin verdiyi dərmanlar, bintlər, cavab inanılmaz səslənib-Dövlət nə verib onu da işlədirik. Yoxdur də, neynəyək!
//xia.az/