Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yay bazarlığı qızışıb. Vizual.az xəbər verir ki, semestr imtahanları üçün mövsüm açıq elan olunub. Gəncədə olan ali məktəbdə şıdırdığı imtahan alveri gedir. ADAU-nun rektoru İbrahim Cəfərov öz yaxasını kənara çəkərək, prorektor və dekanları qabağa verib. Onlar isə metodistləri səfərbər edib. Rektorun yol verdiyi özbaşınalıqlar nəticəsində bu universitetdə təhsilin səviyyəsinin kəskin şəkildə aşağı düşdüyü bildirilir.
Məlumatlarda qeyd olunur ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu ali təhsil müəssisəsində hazırda müxtəlif qanunsuzluqlar baş alıb gedir. Qeyd edək ki, Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Unversiteti kənd təsərrüfatı sahəsi üçün mütəxəsislər yetişdirir.
Unversitetdə Aqronomluq, Aqrotexnologiya, Baytarlıq Təbabəti və Əcazçılıq fakultəsi, Elektroenergetika və İnformasiya Texnologiyaları, Mühəndislik, Aqrar İqtisadiyyat fakultələri mövcuddur. Mətbuatda gedən çoxsaylı yazılar da da qeyd olunub ki, bu gün ADAU-da təhsil alan tələbələrdən hər imtahan üçün artıq 50 manat rüşvət alınır. Eyni zamanda da, bir çox tələbələr var ki, onlar ildə bir dəfə unversitetə təşrif buyururlar və həmin tələbələr universitet rəhbərliyinə illik müəyyən olunmuş məbləğ verirlər.
Yada salaq ki, Hesablama Palatasının Dövlət Aqrar Universitetində apardığı yoxlamalar nəticəsində "ölü canlar” maxinasiyası vasitəsilə 500 min manatlıq dövlət vəsaitinin mənimsənilməsi faktının aşkarlandığı faktı gündəmə gəlmişdi. Maxinasiya birbaşa rektor İbrahim Cəfərovun göstərişi ilə baş verib.
Belə ki, Aqrar Universitetin nəzdində olan 5 elmi sahəvi labaratoriyalarda (Torpağın və ətraf mühitin ekoloji monitorinqi, Taxıl və paxlalı bitkilər, Meyvə tərəvəz və suptropik bitki genefondunun yaradılması becərilmə texnologiyasının işlənməsi, Qoyunların infeksiyon xəstəliklərinii öyrənən sahəvi-elmi tədqiqat, Aqrar sahədə alternativ enerji mənbələrindən istifadə labaratoriyaları) təcrübə aparan işçilərin sayı azı 5 dəfə artırılıb və həmin "ölü can”ların adına əmək haqqı yazılaraq götürülüb. Bundan başqa Universitetin 4 laboratoriyasında 70-dən çox şəxsin adı iş cədvəlində yazılsa da əmək haqlarının rektor İbrahim Cəfərova çatdırıldığı bildirilirdi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.