Qorxmaz Hüseynov prezidenti necə aldadıb? – 12 milyonluq layihə qanunsuz çıxdı – VİDEO

12-05-2016, 14:36   



Göyçay rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şikayətçi Mayılova Minayə Seyidaga qızı redaksiyamıza şikayət məktubu göndərib. O, cumhuriyyet.az-a bildirir ki, 9 ilə yaxındır ki, Göyçay rayonunda mülkiyyətində olan torpaq sahəsi “Azərsu” ASC tərəfindən qeyri qanuni olaraq ələ keçirib. Şikayətçi bildirir ki, 2007-ci ildə “Azərsu” ASC öz anbar və binalarını inşa etdirmək üçün onun və başqa şəxslərin torpaqlarını zəbt edib. Bir neçə sahibkarın ərazisinin işğal olunması ilə nəticələnən bu proses isə “Azərsu”nun 12 milyon manatlıq talama oyunun bir hissəsidir. “Azərsu” ASC-nin Göyçay rayonunda olan fəaliyyəti yoxlanarsa, aşkar olunar ki, milyonlarla manat pulu torpaq alınmasına görə büdcədən silmiş olsalar da, bu günə qədər bir qarış torpağın rəsmi sənədi belə yoxdur”.
Onu da bildirək ki, sözügedən layihə ölkə rəhbərinbə şəxsən Azərsu prezidenti Qorxmaz Hüseynov tərəfindən təqdim olunub. Belə ki, 06 oktyabr 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Göyçay şəhərinə təmiz içməli suyun verilməsinə başlanılması ilə bağlı mərasim keçirilmişdir. Amma sözügedən layihə ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar onu göstərir ki, əslində çox böyük qanunsuzluğa və maxinasiyalara imza atılıb. Sahibkar M.Mayılovanın mülkiyyətində olan Göyçay rayonunun Potu kəndi ərazisində yerləşən 1,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub tərəfindən təxminən 0,6 ha ərazidə, 26 dekabr 2008-ci il tarixdə onun mülkiyyətinə verilmiş 0,5 ha və 26 dekabr 2008-ci il tarixdə iddiaçının mülkiyyətinə verilmiş 0,5 ha həyətyanı torpaq sahələri üzərində ”Azərsu” ASC tərəfindən müxtəlif tipli özbaşına tikililər inşa edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH 0006174 N-li Çıxarışın surətindən görünür ki, Göyçay rayonunun Potu kəndində 0,05 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Mayılova Minayə Seyidağa qızının adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində 26 dekabr 2008-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsinin 26 dekabr 2008-ci il tarixli, 001726 saylı Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, 408013001938 reyestr nömrəli Göyçay rayonunun Potu kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,05 ha torpaq sahəsinin hüquqi subyekti Mayılova Minayə Seyidağa qızıdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA 0094966 N-li Çıxarışın surətindən görünür ki, Göyçay rayonunun Potu kəndində 1,92 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Mayılova Minayə Seyidağa qızının adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 159 nömrəli vərəqində 29 iyun 2010-ci ildə qeydiyyata alınmışdır.
Onu da bildirək ki, problemlə bağlı iş adamı hüquqlarının bərpası üçün məhkəməyə müraciət edib. Məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının 10 aprel 2015-ci il tarixli, 1798 saylı rəyindən göstərilir ki, Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən mübahisəli ərazilər üzrə tərtib olunmuş 28 noyabr 2014-cü il tarixli, 17-3/1584 saylı mütəxxəsis rəyi nəzərə alınaraq, iddiaçı Mayılova Minayə Seyidağa qızının mülkiyyətində olan 009466 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Göyçay rayonunun Potu kəndi ərazisində yerləşən 1, 92 ha torpaq sahəsinin 0,0779 hektarı, 0006172 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlara əsasən Göyçay rayonunun Potu kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin 0,04 hektarı (0,01 hektarı giriş yolu kimi, 0,03 hektarı tikintinin həyəti kimi) “Azərsu”ASC tərəfindən tutulduğu müəyyən olunmuşdur. Nəticədə Göyçay, rayon məhkəməsi sahibkarın xeyrinə qərar çıxarıb. Bundan sonra Azərsu ASC iddia məhkəmə qərarının ləğvi üçün şikəyət etsə də ölkə daxilindəki bütün məhkəmə instansiyaları M.Mayılovanın torpaq mülkiyyətini tanımışdır. Nəhayətdə Ali Məhkəmə də sahibkarın xeyrinə qərar çıxarmışdır. Məhkəmə qərarlarında qanunsuz olaraq zəbt edilmiş ərazidə olan tikililərin sökülməsi və sahibkarın mülkiyyət hüququnun bərpa olunması göstərilir. Demək Azərsunun qanunları saya salmaması nəticəsində dövlətin sərvmilyonlarla vəsaiti rəsmən göyə
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar