Hesablama Palatası Daşkəsənə çağırıldı - üç villalı məmurlar haqda müdhiş ittihamlar...

20-05-2016, 08:55   
Hesablama Palatası Daşkəsənə çağırıldı - üç villalı məmurlar haqda müdhiş ittihamlar...
Əhəd Abıyev, Namiq Süleymanov və Nüsrət Vəliyev triosu ucqar dağ bölgəsinin sərvətlərini tar-mar edib, milyonlar mənimsəyirlər

Daşkəsəndə məmur özbaşınalıqları barədə yeni-yeni məlumatlar əldə etmişik. “Gündəm-xəbər”i bilgiləndirən qaynağın sözlərinə görə, ucqar dağ bölgəsində yerli məmurlar və onlara heemonluq edən icra başçısının əməllərindən media çox gec xəbər tutur. Bu fürsətdən istifadən edən məmurlar Daşkəsəndə istədiyi qanunsuzluğa yol verir. Onlar yalnız icra başçısı Əhəd Abıyevin bir sözünü iki edə bilməz. Bu baxımdan informasiya blokadasında olan Daşkəsən barəsində informasiyalar nisbətən gec yayılır. Ə.Abıyev və müavini Namiq Süleymanovun taladığı zəngin sərvətlərə malik Daşkəsəndə Hesablama Palatasının yoxlamasına ciddi şəkildə zərurət var. Mənbənin qeydlərinə görə, müvafiq dövlət orqanları rayon rəhbərliyinin fəaliyyətini araşdırsa ortalığı çox ciddi qanun pozuntuları, büdcə yeyintiləri, məmurların əhalinin başına açdığı olmazın müsibətlər ifşa edilə bilər. Əldə etdiyimiz ən son xəbərlərdə deyilir ki, başçı müavini Namiq Süleymanovun Bakıda villası, bahalı maşınları, rayonun mərkəzində üçmərtəbəli oteli hansı vəsaitlə inşa etdirməsi araşdırma mövzusudur. Hesablama Palatasının bircə yoxlaması kifayət edir ki, Abıyevin komandasının korrupsioner fəaliyyəti aşkarlansın. Belə ki. Abıyev artıq kimsəyə məhəl qoymadan, prezidentin tapşırıqlarına qarşı gedərək rayon camaaatını incidir. Xəbərlərdə deyilir ki, Daşkəsənin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyevdan də narazılıq var. N.Süleymanov və N.Vəliyev Ə.Abıyevin əsas kadrları hesab olunur. üsrət Vəliyev dövlət pullarını öz biznesinə sərf edir. Rayon sakinləri qeyd edir ki, N.Vəliyevə əlavə imtiyazlar verilib. Bu imtiyazları icra başçısı Əhəd Abıyevin tərəfindən qazanıb. Onun sağ əli sayılan və rayondakı maxinasiyalarda xüsusi rolu olan Vəliyevin fəaliyyəti araşdırıla bilər. Sakinlərin sözlərinə görə, Hesablama Palatasının yoxlaması kifayət edir ki, onun nöqsanlarını aşkar etsinlər. Belə ki, icra nümayəndəsi Bakı, Gəncə və Qazaxda villalar tikdirib.

Daşkəsənin mərkəzində isə 3 mənzil alıb, saysız-hesabsız mülklərə sahiblənib. İcra nümayəndəsinin varidatı barədə növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. Qeyd olunur ki, Daşkəsən problemlər girdabında boğulur, əhalinin sosial çətinlikləri həllini tapmır, abadlıq-quruculuq işləri aparılmır. Amma məmurlar şəxsi bizneslərini inkişaf etdirmək üçün can-başla fəaliyyətdədir. Ümumiyyətlə, Daşkəsəndə məmur zülmü ərşə dirənib. Ucqar dağ bölgəsinin sakinləri rayon rəhbərliyinin özbaşınalıqlarından və əhaliyə qarşı qanunsuzluqlardan bezib. Özəl məlumatlarda bildirilir ki, Əhəd Abıyev rayonda park tikməyib. Daşkəsən yeganə rayondur ki, parkı yoxdur. Yeganə Heydər Əliyev parkı idi ki, külli-miqdarda məbləğ xərclənmişdi. İcra başçısı parkın yerində bina tikdirib. Bundan əlavə, Daşkəsən Filizsaflaşdırma Kombinatının direktoru rayonu çapıb talayır. Rayonda dəmir filizi mədəninə direktorluq edən Ələddin Sadıqov yeraltı sərvətlər hesabına malikanələrə, bahalı avtomobillərə sahiblənib. Ə.Sadıqov Bakıda üçotaqlı mənzil, Gəncədə üçmərtəbəli villa və ticarət məntəqəsi, Daşkəsənin Xoşbulaq yaylağında 12 sotluq bağ evinə malikdir. Bu mal-mülkə yiyələnən Ə.Sadıqov məhz dəmir filizindən gələn milyonların hesabına varlanıb. Bu əlaqələrin genişlənməsində rayonun icra başçısı Əhəd Abıyevin rolu var. Ə.Sadıqovla N.Vəluyevin işbirliyi nətcəsində rayon büdcəsi talanır. Daxil olan məlumatda o da qeyd edilir ki, Daşkəsən rayonu dövlət tərəfindən unudulub və burada Əhəd Abıyevin insanlara qarşı təzyiqləri dözülməz həddə çatıb. Məlumatda vurğulanır ki, daşkəsənlilər Əhəd Abıyevin rayondan getməsi üçün hər gün dualar etməkdədirlər. Çünki əvvəllər sürücüsü olmuş, indi isə ordenli Namiq Süleymanovun əli ilə Daşkəsəni yeyib, talamaqdadır. Daxil olan məlumata görə, N.Süleymanov hər ay idarə və müəssisələrdən 500-1000 manat arası “bac” yığır. Yaşıllıq və mənzil komunal təsərüfat sahəsinin işçilərinin 50 faizi isə Əhəd Abıyevin rayonun mərkəzində tikdirdiyi 3 mərtəbəli obyektində işləyirlər. Özünü Dağlar kralı adlandıran Əhəd Abıyevin “Qəmlo”su rayonda at oynadır, dövlətə meydan oxuyur”-qeyd edilən xəbərlərdə daha sonra vurğulanır ki, Əhəd Abıyev Dəmir filizi kombinatını direktoru Ələddin Sadıqovla da əlbirdir və bu şəxsin həyat yoldaşını baxça müdirəsi, qardaşını isə su idarəsinə müdir təyin edib. Ələddin Sadıqovla birlikdə daş karxanası və mərmər kimi sərvətləri talamaqla məşğuldurlar. Ə.Sadıqov səkkiz ildir ki, filiz yataqlarını alt-üst etməkdədir. Hətta başçı ilə birləşib 200 min ton dəmir filizi Gürcüstana aşağı qiymətə satdığı da vurğulanır. Qaynağımız qeyd edir ki, dünya bazarında 50 dollardan yuxarı olan filizi 15 dollardan qonşu respublikadakı firmaların birinə satıb. Həmin gürcü firması isə malları Ermənistana satıb. Daşkəsəndə qeyri-rəsmi səlahiyyətlərə sahiblənən mədən direktoru bu imkanlardan istifadə edərək öz həyat yoldaşını uşaq bağçasına direktor təyin etdirib. Bu əməliyyat nəticəsində 100 milyondan çox vəsait əldə edilib ki, dövlət büdcəsinə bir qəpik də daxil olmadığı iddia edilir. Xəbərdə bildirilir ki, Ə.Sadıqov bununla yetmir, bir il ərzində 7 bahalı avtomobili yaxınlarının adlarına rəsmiləşdirərək alır. “Gəncə-Daşkəsən yoluna 5 ildir ki, bir ovuc asfalt örtüyü salınmayıb. Ancaq saxta sənədlərlə milyonları mənimsəyirlər. Ona görə də yol idarəsinin müdiri 70 min manat dəyərində avtomobil sürür”-deyə iddia edilən xəbərdə daha sonra qeyd edilir ki, Daşkəsən şəhər İƏDÜ Nümayəndəsi Nüsrət Vəliyev Bakıda və Qazax rayonunda milyonluq villalar tikdirməklə yanaşı, eyni zamanda da Gəncə şəhərində yüksək mərtəbəli və yeni tikinlmiş yaşayış binasında 100kv m sahəsi olan mənzil alıb. Məlumatda daha sonra qeyd edilir ki, Nüsrət Vəliyevin məktəb direktoru olan həyat yoldaşı hər rüb 5-10 min manat dəyərində qızıl-ziynət əşyaları alır. Məlumatda o da bildirilir ki, icra başçısı Əhəd Abıyev və “Vüsel” şirkətinin rəhbəri Tahir Hüseynov Daşkəsəndə evlərin dam örtüyünü dəyişmək adı altında 1 milyon manat “siliblər”. Əhəd Abıyev rayon ayrılan vəsaitləri və daxili büdcədən ayırdığı pulları məhz Tahir Hüseynovun “Vüsel” şirkəti vasitəsi ilə həyata keçirir. Daha doğrusu icra başçısı ilə şirkət rəhbəri əl-ələ verərək büdcə pullarını “yuyurlar”. Bildirilir ki, rayon mərkəzindəki bina evlərinin dam örtüklərinin və fasadlarının yenilənməsi üçün ayrılan 1 milyon manata yaxın vəsait icra başçısı Əhəd Abıyev tərəfindən mənimsənilib. Bildirilir ki, 1 milyonluq layihə daxili tenderlə Əhəd Abıyevin ortağı Tahir Hüseynovun «Vüsel» şirkətinə verilib. Amma adı çəkilən şirkət bir neçə binaların dam örtüklərini dəyişməklə işini bitmiş hesab edib. Daxil olan məlumata əsasən ayrılan vəsaitin 50 faizini əvvəlcədən Əhəd Abıyev nəğdləşdirərək götürüb. Qalan vəsait isə «Vüsel» şirkətinin rəhbəri Tahir Hüseynov da daxil olmaqla bir neçə məsul şəxsin arasında bölüşdürülüb. Ayrılan vəsaitin təqribən 200 min manatı nəzərdə tutulan işlərə sərf olunub. Qalan vəsait isə Tahir Hüseynov, Əhəd Abıyevin müavini Namiq Süleymanov və bir neçə digər məsul şəxs tərəfindən mənimsənilib. Xatırladaq ki, “Vüsel” şirkəti Daşkəsən rayonunda Zağal-Kollu-Çıraqlı kəndlər arası yollarının tikintisini həyata keçirdib. Həmin yolun ümumi tikintisinə 13 milyon manat vəsait xərclənib. Uzun müddətdir ki, Daşkəsəndən yaxasını qurtarmaq və şəhərə gəlmək arzusunda olan Ə.Abıyevin səyləri nəticə vermir. O, parlamentdə olmağı bir ucqar rayona rəhbərlik etməkdən üstün tutur. Hətta yaxın çevrəsində də bu narazılığını dilə gətirib. Odur ki, prezident sərəncamını gözləyən Ə.Abıyev ayrı rayona təyinat arzulayır. Onu da xatırladaq ki, qəzetimizdə Əhəd Abıyevlə bağlı daha əvvəl də yazı dərc olunub və qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk. Ancaq çox təəssüf olsun ki, Əhəd Abıyev qəzetimizdə gedən məqalə ilə əlaqədar başqa qəzetə mövqeyini bildirir. Bu da Azərbaycan siyasətində Əhəd Abıyevin yeni kəşfidir. Bununla belə onu yenə də mövqeyini çap etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.